Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1420/2025 10.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı «təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi X6 İddiaçı İB-nin cavabdeh X3 qarşı debitor borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB-nin cavabdeh X3 qarşı debitor borcun ödənilməsi tələbi barədə iddia qaldıraraq xeyrinə 1374.68 manat əsas borc, dövlət rüsumuna görə 33.80 manat, 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ şəhəri Pastar məhəlləsində Cavabdeh məxsus mənzilində №XS-38-0018/23 saylı alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04030 saylı qaz hesabında ödənilməmiş 1374.68 manat borc vardır. Cavabdehna məxsus **********04030 saylı qaz hesabında olan 1374.68 manat borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1374.68 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı GCZ0091412nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə olan İddiaçı İB-nin Zaqatala Regional Qİİ (Paylayıcı) ilə X4 (istehlakçı) arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli müqavilənin surətinə əsasən Paylayıcı İstehlakçını keyfiyyətli qazla təmin etməyi və İstehlakçı aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı İB-nin Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş Abonentin saldosuna əsasən abonent X2 (abonent kodu: **********04030; Sayğacın zavod nömrəsi: GCZ0091412; ünvan: Ağdaş MQKS, Qəbələ, Pastar məhəlləsi) istifadəsində olan qaz işlədicilərinin qaz sərfiyyatına görə sayğacın göstəricilərinə əsasən debitor borcu 2025-ci ilin avqust ayına 1374,68 manat təşkil edir. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. AR Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X4 (abonent kodu: **********04030; Sayğacın zavod nömrəsi: GCZ0091412; ünvan: Ağdaş MQKS, Qəbələ, Pastar məhəllə) istifadəsində olan qaz işlədicilərinin qaz sərfiyyatına görə sayğacın göstəricilərinə əsasən hesablanmış 1374,68 (bir min üç yüz yetmiş dörd manat altmış səkkiz qəpik) manat debitor borcunu, əvvəlcədən ödənilmiş 33.80 (otuz üç manat səksən qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) manat xidmət haqqı olmaqla ümumilikdə 1408.88 (bir min dörd yüz səkkiz manat səksən səkkiz qəpik) manat tutularaq İddiaçı İB-ə ödəməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh X1 1374,68 (bir min üç yüz yetmiş dörd manat altmış səkkiz qəpik) manat əsas borc, 33.80 (otuz üç manat səksən qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) manat xidmət haqqı olmaqla, ümumilikdə isə 1408.88 (bir min dörd yüz səkkiz manat səksən səkkiz qəpik) manat borc tutulub İddiaçı İB-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1420/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1420/2025
10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver