Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1431/2025 14.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 820.56 manat əsas borc, 82.06 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 344.76 manat əsas borc, 34.48 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 263 manat əsas borc, 26.30 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 185.60 manat əsas borc, 18.56 manat cərimə borcu olmaqla, ümumilikdə 1775.31 manat borc və 37.76 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrə əsasən QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, HİSENSE TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********53580 POCO M6 markalı telefoPnA, KET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏTİ, İMEİ KODU **********33758 OPPO A38 markalı telefon , QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, TOZSORAN SAMSUNG almış və nəticədə 1775.31(min yeddi yüz yetmiş beş manat, 31 qəpik ) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 903.06 (doqquz yüz üç manat, 06 qəpik) manat (18 ay x 50.17 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, HİSENSE TVüçün ümumilikdə 902.62 (doqquz yüz iki manat, 62 qəpik) manat olmaqla ondan, 820.56(səkkiz yüz iyirmi manat, 56 qəpik) manat ödənilməmiş hissə, 82.06(səksən iki manat, 06 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (18 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********53580 POCO M6 markalı teüleçfüonn 379.24(üç yüz yetmiş doqquz manat, 24 qəpik) manat olmaqla ondan, 344.76 (üç yüz qırx dörd manat,76 qəpik) manat ödənilməmiş hissə, 34.48 (otuz dörd manat, 48 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 312.48 (üç yüz on iki manat, 48 qəpik) manat (18 ay x 17.36 manat + 0 manat ilkin ödəniş) olan PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏTİ, İMEİ KODU **********33758 OPPO A38 markalı telefon üçün 289.30 (iki yüz səksən doqquz manat, 30 qəpik) manat olmaqla ondan 263 (iki yüz altmış üç) manat ödənilməmiş hissə, 26.30 (iyirmi altı manat, 30 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 344.40 (üç yüz qırx dörd manat, 40 qəpik) manat (24 ay x 14.35 manat + 0 manat ilkin ödəniş) QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, TOZSORAN SAMSUNüGçün 204.16 (iki yüz dörd manat, 16 qəpik) manat olmaqla ondan 185.60(yüz səksən beş manat, 60 qəpik) manat ödənilməmiş hissə, 18.56 (on səkkiz manat, 56 qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 486.02 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 24 noyabr 2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən Qızıl zəmanət Ultra 2 il xidməti, Hisense TV-ni nisyə almışdır. İşdə olan 18 iyul 2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 540 manat dəyərində olan QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********53580 POCO M6 markalı telefonu nisyə almışdır. İşdə olan 08 noyabr 2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 312.48 manat dəyərində olan PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********33758 OPPO A38 markalı telefonu nisyə almışdır. İşdə olan 03 fevral 2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 344.40 manat dəyərində olan Qızıl zəmanət Ultra 3 il xidməti, Tozsoran Samsungu nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdən görünür ki, Cavabdeh 24 noyabr 2024-cü il tarixli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 820.56 manat borc, 82.06 manat cərimə, 18 iyul 2024-cü il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 344.76 manat borc, 34.48 manat cərimə, 08 noyabr 2024cü il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 263 manat borc, 26.30 manat cərimə, 03 fevral 2024-cü il tarixli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 185.60 manat borc, 18.56 manat cərimə olmaqla, ümumilikdə 1775.31 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 24 noyabr 2024-cü il tarixli müqavilə üzrə 820.56 manat əsas, 18 iyul 2024-cü il tarixli müqavilə üzrə 344.76 manat əsas, 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə 263 manat əsas, 03 fevral 2024-cü il tarixli müqavilə üzrə 185.60 manat əsas borc, dövlət rüsumuna görə 36 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24 noyabr 2024-cü il tarixli müqavilə üzrə 820.56 manat əsas, 8 manat cərimə, 18 iyul 2024-cü il tarixli müqavilə üzrə 344.76 manat əsas, 4 manat cərimə, 08 noyabr 2024-cü il tarixli müqavilə üzrə 263 manat əsas, 3 manat cərimə, 03 fevral 2024-cü il tarixli müqavilə üzrə 185.60 manat əsas, 2 manat cərimə borcu olmaqla, ümumilikdə 1630.92 (bir min altı yüz otuz manat doxsan iki qəpik) manat borc və dövlət rüsumuna görə 36 (otuz altı) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1431/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1431/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver