Məhkəmə qərarları › İş №e-2(025)-1434/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1434/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1434/2024 30.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2022-ci il tarixli B0582/22 nömrəli müqavilə üzrə 712 manat əsas borc, 31 manat cərimə, xx.xx.2022-ci il tarixli B0634/22 nömrəli müqavilə üzrə 1192 manat əsas borc və 65 manat cərimə borcu olmaqla, ümumilikdə 2000 manat borc və 40.40 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onun əsaslandırmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli B0582/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 1168 manat dəyərində, 100 manat ilkin ödəniş olmaqla, 1 ədəd Xiaomi Mi 11 lite 8/128GB black məhsulu 12 ay müddətinə, hər ay 89 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2022-ci il tarixli B0582/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 712 (yeddi yüz on iki) manat təşkil edir. Bundan başqa, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli B0634/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 1896 manat dəyərində, 300 manat ilkin ödəniş olmaqla, 1 ədəd Apple İphone 11 4/128GB black məhsulu 12 ay müddətinə, hər ay 133 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2022-ci il tarixli B0634/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1192 (bir min bir yüz doxsan iki) manat təşkil edir. Sözügedən müqavilənin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1%(bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq iddiaçı C.Vəlizadə ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, Cavabdeh xx.xx.2022-ci il tarixli B0582/22nömrəli müqavilə üzrə ödənilməmiş borca (712 AZN) görə31 (otuz bir) manat və xx.xx.2022- ci il tarixli B0634/22 nömrəli müqavilə üzrə ödənilməmiş borca (1192 AZN) görə 65 (altmış beş) manat cərimə məbləğləri tələb olunur. İşdə olan 03 yanvar 2022-ci il tarixli B0582/22 nömrəli Müqavilənin surətinə əsasən satıcı/İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli B0582/22 nömrəli nisyə satış müqaviləsinə əsasən 1168 manat dəyərində, 100 manat ilkin ödəniş olmaqla, 1 ədəd Xiaomi Mi 11 lite 8/128GB black məhsulu 12 ay müddətinə, hər ay 89 manat ödənilməklə nisyə satılmışdır. İşdə olan 05 mart 2022-ci il tarixli B0634/22 nömrəli Müqavilənin surətinə əsasən satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli B0634/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 1896 manat dəyərində, 300 manat ilkin ödəniş olmaqla, 1 ədəd Apple İphone 11 4/128GB black məhsulu 12 ay müddətinə, hər ay 133 manat ödənilməklə nisyə satılmışdır. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 1168 manat məbləğində krediti xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 1896 manat məbləğində krediti xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan 01 sentyabr 2024-cü il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdeh 05 mart 2022-ci il tarixli, B0634/22 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə olan qalıq borcu 1192 manat əsas, 119 manat dəbbə pulu təşkil edir. İşdə olan 01 sentyabr 2024-cü il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdeh 03 yanvar 2022-ci il tarixli, B0582/22 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə olan qalıq borcu 712 manat əsas, 71 manat dəbbə pulu təşkil edir İşdən görünür ki, Cavabdeh 05 mart 2022-ci il tarixli, B0634/22 nömrəli və 03 yanvar 2022-ci il tarixli, B0582/22 nömrəli Müqavilələr üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək, 03 yanvar 2022-ci il tarixli, B0582/22 nömrəli müqavilə üzrə 712 manat əsas borc, 31 manat cərimə və 05 mart 2022-ci il tarixli, B0634/22 nömrəli müqavilə üzrə 1192 manat əsas borc, 65 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh 03 yanvar 2022-ci il tarixli, B0582/22 nömrəli müqavilə üzrə 712 manat əsas borc, 05 mart 2022-ci il tarixli, B0634/22 nömrəli müqavilə üzrə 1192 manat əsas borc, dövlət rüsumuna görə 40.40 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03 yanvar 2022-ci il tarixli, B0582/22 nömrəli müqavilə üzrə 712 manat əsas borc, 7 manat cərimə, 05 mart 2022-ci il tarixli, B0634/22 nömrəli müqavilə üzrə 1192 manat əsas borc, 12 manat cərimə və dövlət rüsumuna görə 40.40 manat pul alınıb İddiaçı hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar