Məhkəmə qərarları › İş №e-2(025)-1445/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1445/2025

13.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1445/2025 13.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisinə qarşı “mirasın vəsiyyət üzrə vərəsəlik qaydasında qəbul olunması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr) Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisinə qarşı “mirasın vəsiyyət üzrə vərəsəlik qaydasında qəbul olunması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisinə qarşı “mirasın vəsiyyət üzrə vərəsəlik qaydasında qəbul olunması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi” barədə iddia qaldırıb X5 miras qalmış Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 nömrəli mənzili vəsiyyət üzrə vərəsəlik qaydasında tam həcmdə qəbul etməsi faktı təsdiq olunaraq adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, 1924-cü ildə Ukraynada anadan olmuş X11 Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşamışdır. Onun biri qız və biri oğlan olmaqla iki uşağı olmuş və hər biri həddi buluğa çatandan sonra xaricə gedərək daimi olaraq başqa ölkədə yaşamışlar. X11 əri öləndən sonra tək qalmış və 1996-cı ildə mənzili ona sataraq çıxıb getmişdir. X11 xx.xx.1996-cı il tarixli etibarnamə ilə mənzilə dair sərəncam vermək hüququnu ona vermiş və Qəbələ notariat kontorunda vəsiyyətnamə verərərk mənzili təhvil verib Ukraynaya köçmüşdür. X14 tərəfindən verilmiş etibarnamədən istifadə edərək xx.xx.1999-cu il tarixədək mənzili öz adıma keçirtmək imkanı olsa da, vəsiyyətnamə olduğu üçün bunu etməmişdir. Mənzildə 1996-cı ildən indiyədək bacısı X1 ailə üzvləri ilə birlikdə yaşamış və kommunal xidmət haqlarını ödəmişdir. X11 2000-ci ildə Ukraynada vəfat etmişdir. X6 ölməsi barədə Ukraynadan rəsmi məlumat almaq mümkün olmadığından o, Qəbələ rayon məhkəməsi tərəfindən ölmüş elan edilmişdir. Regional “Asan Xidmət” mərkəzində notariat ofisi X6 ölməsinə, o cümlədən mirasa və mirasqoyanla onun qohumluq münasibətlərinə dair sənədlərin olmadığını əsas göstərərək Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzilə dair Vərəsəlik hüqüqu şəhadətnamə verməkdən imtina etmişdir. Həmin əsaslar mövcud olmadığından X5 miras qalmış Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 nömrəli mənzili vəsiyyət üzrə vərəsəlik qaydasında tam həcmdə qəbul etməsi faktı təsdiq olunaraq adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.1952-ci il tarixli 19 nömrəli Evlənmə haqqında Akt qeydinin surətinə əsasən 1924cü ildə anadan olmuş milliyətcə rus X11 (28 yaşında) 1919-cu ildə anadan olmuş milliyyətcə belorus X8 evlənmişdir. İşdə olan xx.xx.1983-cü il tarixli 38 nömrəli ölüm haqqında Akt qeydinin surətinə əsasən 1910-cu ildən Qəbələ şəhəri, Lenin küçəsi ev 4-də yaşamış X12 xx.xx.1983-cü ildə Qəbələ şəhərində ölmüşdür. İşdə olan xx.xx.1956-cı il tarixli 126 nömrəli doğum haqqında Akt qeydinin surətinə əsasən xx.xx.1956-cı il tarixdə Qəbələ (Qutqaşen) şəhərində anadan olmuş X10 X11 və X7 törəmişdir. İşdə olan xx.xx.1953-cü il tarixli 44 nömrəli doğum haqqında Akt qeydinin surətinə əsasən xx.xx.1953-cü il tarixdə Qəbələ (Qutqaşen) şəhərində anadan olmuş X13 X11 və X7 törəmişdir. İşdə olan Qəbələ rayon Dövlət Arxivindən verilmiş xx.xx.2025-ci il tarixli 277 saylı məlumata əsasən Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 576 saylı sərəncamı ilə Azərbaycan Respublikasında “Mənzil fondunun özəlləşdirilməsi haqqında” xx.xx.1993-cü il tarixli AR Qanununa əsasən Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzil əvəzsiz olaraq həmin mənzildə yaşayan X6 şəxsi mülkiyyətinə verilmişdir. İşdə olan Qəbələ rayon MİKMK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-59-71/2-54/2025 saylı məlumata əsasən X11 Qəbələ şəhəri, Azadlıq (Lenin) küçəsi ev 4, mənzil 1-də 1996-cı ilədək yaşamış, onun ailə üzvlərinin qeydiyyatı olmamışdır. Həmin Mənzildə faktiki surətdə X4 və X16 yaşayır. Mənzilə görə aylıq ödənişləri və kommunal xidmət haqlarını X4 ödəyir. İşdə olan Qəbələ rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1996-cı il tarixli 2B- 1/89 nömrəli Vəsiyyətnamənin surətinə əsasən Qəbələ şəhəri, Lenin küçəsi ev 4, mənzil 1-də yaşayan X11 Qəbələ şəhərində yerləşən özəlləşdirilmiş üç otaqlı, bir eyvanlı yaşayış evini və digər bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İşdə olan Qəbələ rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1996-cı il tarixli Etibarnamənin surətinə əsasən Qəbələ şəhəri, Lenin küçəsi ev 4, mənzil 1-də yaşayan X11 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakının idarə olunmasını və üzərində hər cür sərəncam vermək səlahiyyətlərini xx.xx.1999-cu il tarixinədək olan müddətdə İddiaçı etibar etmişdir. İşdə olan AR DMX Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 08/22038/di saylı məlumata əsasən X6 başqa ölkənin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətində məlumat yoxdur. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)1314/2025 saylı qətnaməsinin surətinə əsasən Qəbələ şəhəri, Lenin küçəsi ev 4, mənzil 1-də yaşamış, 1924-cü il təvəllüdlü X11 ölmüş elan edilmişdir. İşdə olan AZ-İİ 538011 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2025-ci il tarixdə ölməsi xx.xx.2025-ci il tarixdə 122 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3260 nömrəli məlumatında göstərilmişdir ki, təqdim olunmuş sənədlərə, o mümlədən informasiya sistemlərindən əldə olunmuş məlumatlara əsasən X6 Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzil üzərində mülkiyyət hüququ qeydə alınmadığına, o cümlədən X6 ölməsi faktını və onunla qohumluq münasibətlərini təsdiq edən sənədlər olmadığından X2mış mirasa dair İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı, milliyyətcə rus, 1924-cü il təvəllüdlü X11 Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzildə 06 dekabr 1996-cı ilədək tək yaşamış, həmin tarixdə bütün əmlakını İddiaçı vəsiyyət edərək mülkiyyətində olan Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzili ona təhvil verib xx.xx.1999-cu il tarixədək idarə olunmasını tapşırmış və yaşayış yerini dəyişmişdir. İddiaçı Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzili təhvil alaraq indiyədək fasiləsiz qaydada idarə etmiş; X11 xx.xx.2025-ci il tarixdə ölmüş elan edilmişdir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.09. 2000-ci ilədək qüvvədə olmuş AR Mülki Məcəlləsinin 530-cu maddəsinin 1-ci hissəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinin 1-ci hissəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri ( övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 537-ci madəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişətin predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər; Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Məhkəmə hesab edir ki, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzildə yaşamış və xx.xx.2025ci il tarixdə ölmüş elan edilmiş X11 xx.xx.1996-cı il tarixdə bütün əmlakını İddiaçı vəsiyyət etməklə qanun üzrə vərəsələri (X10 və X13) vərəsəlik hüququndan məhrum etmişdir. AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin ( miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. «Notariat haqqında» AR Qanununun 5 7 -ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanununun 5 8 -ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Həmin Qanununun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır; Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ölmüş elan edilmiş X5 miras qalmış Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzili vəsiyyət üzrə tam həcmdə əldə etmək hüququ olmuş və mirası faktiki surətdə qəbul edərək mirasın açıldığı yer üzrə notariat orqanına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ötrü müraciət etmişdir. Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisi «Notariat haqqında» AR Qanununun 60-cı maddəsinin tələbinə əməl etməyərək X6 ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, o cümlədən miras əmlakın tərkibini yoxlamadan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etməkdə haqlı olmamış, habelə məhkəmə icraatı zamanı İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün tələb olunan bütün sənədləri əldə etməsinə baxmayaraq X2mış mirasın vəsiyyət üzrə vərəsəlik qaydasında keçməsindən ötrü müvafiq hərəkətləri etməmişdir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin Vİİ bəndinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə ölmüş X5 miras qalmış Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzilin İddiaçı vərəsəlik üzrə tam həcmdə pay almaq hüququ ilə keçməsi təsdiq olunmalı və adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. xx.xx.2025-ci il tarixdə ölmüş X5 miras qalmış Qəbələ şəhəri, Azadlıq küçəsi ev 4-də yerləşən 1 saylı mənzilin İddiaçı vərəsəlik üzrə tam həcmdə pay almaq hüququ ilə keçməsi təsdiq olunsun və adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar