Məhkəmə qərarları › İş №e-2(025)-1448/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1448/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1448/2025 27.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4218,4 manat əsas borc, 421,84 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1481,73 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 148,17 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 377,24 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 37,72 manat cərimə borcu olmaqla, ümumilikdə 6732,31 manat borc və 87,33 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, 2 ədəd plitə Gorenje, aspirator Kronaadel, X1 Neo, Soba Gorenje soyuducu Hisense, soyuducu Samsung, mikrodalğalı Soba Samsung, 8 ədəd zəmanət + 1 il xidmətini, kodu **********52246 iphone 15 pro markalı telefon, apple adapter, paket XXXL xidməti, İmei kodu **********75272 Samsung Galaxy A24 markalı telefon, Samsung Charger adapter, paket L xidməti almış nəticədə 6732,31 (altı min yeddi yüz otuz iki manat, otuz bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5917,4 (beş min doqquz yüz on yeddi manat, qırx qəpik) manat (12 ay x 380,7 manat + 1349 manat ilkin ödəniş) olan 2 ədəd plitə Gorenje, aspirator Kronaadel, X1 Neo, Sobagorenje, soyuducu Hisense, soyuducu Samsung, Mikrodalğalı soba Samsung, 8 ədəd zəmanət + 1 il xidmətini ümumilikdə, 4640,24 (dörd min altı yüz qırx manat, 24 qəpik) manat olmaqla ondan, 4218,4 (dörd min iki yüz on səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 421,84 (dörd yüz iyirmi bir manat, 84 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3484,98 (üç min dörd yüz səksən dörd manat, 98 qəpik) manat (18 ay x 193,61 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********52246 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER, PAKET XXXL XİDMƏTüçİ ün ümumilikdə, 1653,50 (min altı yüz əlli üç manat, 50 qəpik) manat olmaqla ondan, 1481,73 (min dörd yüz səksən bir manat, 73 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 148,17 (yüz qırx səkkiz manat, 17 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (12 ay x 54 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********75272 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER ADAPTER, PAKET LXİDMƏTİ üçün ümumilikdə, 438,56 (dörd yüz otuz səkkiz manat, 56 qəpik) manat olmaqla ondan 377,24 (üç yüz yetmiş yeddi manat, 24 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 37,72 ( otuz yeddi manat, 72 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən PAKET XXXL XİDMƏTİNDƏN xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 149.99 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1853,26 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 149,99 manat, ümumilikdə, 2003,25 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1969.76 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 5917,4 manat dəyərində olan 2 ƏDƏD PLİTƏ GORENJE, ASPİRATOR KRONA ADEL, X1 NEO, SOBA GORENJE, SOYUDUCU HİSENSE, SOYUDUCU SAMSUNG, MİKRODALĞALİ SOSAMSUNG, 8 ƏDƏD ZƏMANƏT + 1 İL xidmətini nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 3484,98 manat dəyərində olan İmei kodu **********52246 İphone 15 Pro markalı telefon, apple adapteri nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 648 manat dəyərində olan İmei kodu **********75272 Samsung Galaxy A24 markalı telefon, Samsung Charger adapter, paket L xidmətini nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.5-ci ü bəndinə əsasən Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər “Mal” ABC-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a mülkiyyət hüququ “Müştəri”-yə keçir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən “müştəri” bu müqavilənin (şərtlərini) pozduğu halda, “Mal”ı (habelə güzəştli şərtlərlə (ödənişsiz) təqdim edilmiş malı) ABC-nin tələbi ilə geri qaytarılmalıdır. Müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” mal-ın istifadəsini mümkünsüz edə, o cemlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 54 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 193.61 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 4218,4 manat borc, 421,84 manat cərimə, xx.xx.2024-cü il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1481,73 manat borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 148,17 manat cərimə, xx.xx.2024-cü il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 377,24 manat borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsumu və 37,72 manat cərimə olmaqla, ümumilikdə 6732,31 manat borc hesablanmışdır. AR Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4218,4 manat əsas, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1481,73 manat əsas borc və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 377,24 manat əsas borc, dövlət rüsumuna görə 82 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir; Müqavilənin 3.4-cü bəndində göstərilənlər 3.1-ci bəndində göstərilənlərə və AR Mülki Məcəlləsinin 606.1-ci maddəsinin tələbinə zidd olduğundan RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən dövlət rüsumu alıcıdan tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4218,4 manat əsas borc, 60 manat cərimə borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1481,73 manat əsas borc, 30 manat cərimə borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 377,24 manat əsas borc, 10 manat cərimə borc olmaqla, cəmi 6177,37 manat və dövlət rüsumuna görə 82 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar