Məhkəmə qərarları › İş №e-2(025)-1459/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1459/2025

30.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1459/2025 30.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib, xx.xx.2001-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Soltannuxa kəndində ailə üzvləri ilə birlikdə yaşayır və 1-ci dərəcəli əlil olan övladı xx.xx.2001-ci il təvəllüdlü X4 qulluq edir. X6 psixi xəstə olduğuna görə öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. Ona görə də, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən Ərizəçi doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X1 Məmmədağa İsmayıl oğlundan törəmişdir. İşdə olan Qəbələ ƏSMM tərəfindən verilmişxx.xx.2014-cü il tarixli 083721 nömrəli vəsiqənin surətinə əsasən X6 18 yaşadak əlildir. İşdə olan AR SN MPEM PHŞ Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 3887 nömrəli rəyində göstərilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü X6 daun sindromu nəticəsində ağır dərəcəli əqli gerilik (F72) formasında psixi pozuntudan əziyyət çəkir. Göstərilənlər nəzərə alınaraq o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. AR Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. AR MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, xx.xx.2001-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. 07 oktyabr 2001-ci ildə Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar