Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1486/2024 07.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq, Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 3542/2023 nömrəli, xx.xx.2023 il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdehdən ödənilməmiş 227.96 (iki yüz iyirmi yeddi manat doxsan altı qəpik) əsas, 610.92 (altı yüz on manat doxsan iki qəpik) cərimə vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla, ümumilikdə 868.87 (səkkiz yüz altmış səkkiz manat səksən yeddi qəpik) pul vəsaitinin müştərək qaydada tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 3542/2023 nömrəli, xx.xx.2023- ci il tarixli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən Cavabdeh hər ay (27 günü olmaqla) 32.58 manat ödəməlidir. Cavabdeh tərəfindən xx.xx.2023 tarixindən başlayaraq, öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, bu günə 227.96 manat Əsas, 610.92 manat isə cərimə borcu yaranmışdır. Tərəflərindən borclu və zaminə öhdəliyin icrası ilə bağlı pretenziya göndərilmişdir. İşdə olan 27 iyun 2023-cü il tarixli 3542/2023 nömrəli Müqavilənin surətinə əsasən 3542/2023 nömrəli, xx.xx.2023- ci il tarixli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən Cavabdeh hər ay (27 günü olmaqla) 32.58 manat ödəməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, 003542/2023 nömrəli nisyə alqı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin surətinə əsasən, Cavabdeh alınmış malı dəyərini xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 32.58 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 3542/2023 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəmiş, 227.96 manat borclu qalmış və 610.92 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 3542/2023 nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, «Qəbələ Electronics” MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli 3542/2023 nömrəli Müqaviləyə əsasən 227.96 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq birrəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3542/2023 nömrəli alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3542/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən 227.96 manat əsas borc, 6 manat cərimə borcu olmaqla, ümumilikdə 233.96 (iki yüz otuz üç manat doxsan altı qəpik) manat borc və 30 manat dövlət rüsumu İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1486/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1486/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver