Məhkəmə qərarları › İş №e-2(025)-1489/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1489/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1489/2024 07.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia qaldıraraq Qəbələ Electronics ilə Cavabdeh1 arasında bağlanmış 3369/2023 nömrəli, 2023-04-20 10:48:10 il tarixli nisyə alqı-satqı müqaviləsini, cavabdeh (zamin) Cavabdeh2 ilə Qəbələ Electronics arasında bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi və hər iki cavabdehdən ödənilməmiş 396.00 (üç yüz doxsan altı) manat əsas, 304 (üç yüz dörd) manat cərimə vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla ümumilikdə 730 (yeddi yüz otuz) manat pul vəsaitinin müştərək qaydada tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Qəbələ Electronics MMC ilə Cavabdeh1 arasında bağlanmış 3369/2023 nömrəli, 2023- 04-20 10:48:10-ci il tarixli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən Cavabdeh1 hər ay (20 günü olmaqla) 33.00 manat ödəməlidir. Cavabdeh tərəfindən 2023-04-20 10:48:10 tarixindən başlayaraq, öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq, Cavabdeh1 tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, bu günə 396.00 manat əsas, 304 manat isə cərimə borcu yaranmışdır. Tərəflərindən borclu və zaminə öhdəliyin icrası ilə bağlı pretenziya göndərilmişdir. İşdə olan 20 aprel 2023-cü il tarixli 3369/2023 nömrəli Müqavilənin surətinə əsasən xx.xx.2023-cü il tarixli, 3369/2023 nömrəli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən Cavabdeh1 hər ay (20 günü olmaqla) 33.00 manat ödəməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, 003369/2023 nömrəli nisyə alqı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin surətinə əsasən, Cavabdeh1 alınmış malı dəyərini xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 33,00 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli 003369/2023 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlik müqaviləsi ilə Cavabdeh2, 003369/2023 saylı Zaminlik müqaviləsi ilə zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. İşdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 oğlu xx.xx.2023-cü il tarixli, 3369/2023 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəmişlər, 396 manat borclu qalmış və 304 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ Electronics ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3369/2023 nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, cavabdeh (zamin) Cavabdeh2 ilə Qəbələ Electronics arasında bağlanmış zaminlik müqaviləsi ləğv edilməli və Qəbələ Electronics-in xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 3369/2023 nömrəli Müqaviləyə əsasən 396 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq birrəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Electronics ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3369/2023 nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh (zamin) Cavabdeh2 ilə Qəbələ Electronics arasında bağlanmış zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 3369/2023 nömrəli alqısatqı müqaviləsinə əsasən 396 manat əsas borc, 4 manat cərimə borcu olmaqla, ümumilikdə 400 (dörd yüz) manat borc və 30 manat dövlət rüsumu İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar