Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1500/2025 08.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4314,78 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23,6 manat rüsum, 431,48 manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 2691,9 manat əsas borc, 269,19 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1020,72 manat əsas borc, 102,07 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 958,63 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23,6 manat rüsum, 95,86 manat cərimə borcu olmaqla, ümumilikdə 9931,83 manat borc və 119,32 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********60541 olan İphone 16 Pro Max markalı telefon, Apple Adapter, X2 2 il xidməti, Paket Apple Xidməti, X1 S8 Maxv Ultra, X2 1 il xidməti, Multistayler Dyson, İmei kodu **********33593 olan İphone 13 markalı telefon, Apple Adapter, X22 il Xidməti, Paket Xl xidməti almış və nəticədə 9931,83 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4734,78 manat (18 ay x 239,71 manat + 420 manat ilkin ödəniş) olan İmei kodu **********60541 olan İphone 16 Pro Max markalı telefon, Apple Adapter, X2 2 il xidməti, Paket Apple Xidməti ümumilikdə, 4769,86 manat olmaqla ondan, 4314,78 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 431,48 manat dəbbə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2946,9 manat (18 ay x 149,55 manat + 255 manat ilkin ödəniş) olan X1 S8 Maxv Ultra, X2 1 il xidməti üçün ümumilikdə, 2961,09 manat olmaqla ondan 2691,9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 269,19 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1368 manat (12 ay x 114 manat + 0 manat ilkin ödəniş) olan Multistayler Dyson üçün ümumilikdə, 1122,79 manat olmaqla ondan, 1020,72 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 102,07 manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1811,12 manat (12 ay x 134,26 manat + 200 manat ilkin ödəniş) olan İmei kodu **********33593 olan İphone 13 markalı telefon, Apple Adapter, X22 il Xidməti, Paket Xl xidməti üçün ümumilikdə, 1078,09 manat olmaqla ondan, 958,63 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 95,86 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1874,77 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 13 yanvar 2025-ci il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 4734,78 manat (18 ay x 239,71 manat + 420 manat ilkin ödəniş) olan İmei kodu **********60541 olan İphone 16 Pro Max markalı telefon, Apple Adapter, X2 2 il xidməti, Paket Apple xidmətini nisyə almışdır. İşdə olan 30 yanvar 2025-ci il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 2946,9 manat (18 ay x 149,55 manat + 255 manat ilkin ödəniş) olan X1 S8 Maxv Ultra, X2 1 il xidmətini nisyə almışdır. İşdə olan 09 oktyabr 2024-cü il tarixli 04079630 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 1368 manat (12 ay x 114 manat + 0 manat ilkin ödəniş) olan Multistayler Dyson nisyə almışdır. İşdə olan 02 noyabr 2024-cü il tarixli 09417226 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 1811,12 manat (12 ay x 134,26 manat + 200 manat ilkin ödəniş) olan İmei kodu **********33593 olan İphone 13 markalı telefon, Apple Adapter, X22 il Xidməti, Paket Xl xidmətini nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.5-ci bəndinə əsasən Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər “Mal” ABC-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a mülkiyyət hüququ “Müştəri”-yə keçir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən “müştəri” bu müqavilənin (şərtlərini) pozduğu halda, “Mal”ı (habelə güzəştli şərtlərlə (ödənişsiz) təqdim edilmiş malı) ABC-nin tələbi ilə geri qaytarılmalıdır. Müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” mal-ın istifadəsini mümkünsüz edə, o cemlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 09 oktyabr 2024cü il tarixli 04079630 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 114 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 02 noyabr 2024cü il tarixli 09417226 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 134,26 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 13 yanvar 2025-ci il tarixli ******* nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 4314,78 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23,6 manat rüsum, 431,48 manat cərimə, 30 yanvar 2025-ci il tarixli ******* nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 2691,9 manat əsas borc, 269,19 manat cərimə; 09 oktyabr 2024-cü il tarixli 04079630 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək, 1020,72 manat əsas borc, 102,07 manat cərimə, 02 noyabr 2024-cü il tarixli 09417226 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək, 958,63 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23,6 manat rüsum, 95,86 manat cərimə borcu olmaqla, ümumilikdə 9931,83 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4314,78 manat əsas borc, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2691,9 manat əsas borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1020,72 manat əsas borc və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1020,72 manat əsas borc, dövlət rüsumuna görə 110,75 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir; Müqavilənin 3.4-cü bəndində göstərilənlər 3.1-ci bəndində göstərilənlərə və AR Mülki Məcəlləsinin 606.1-ci maddəsinin tələbinə zidd olduğundan xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən dövlət rüsumu alıcıdan tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 4314,78 manat əsas borc, 44 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2691,9 manat əsas borc, 27 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1020,72 manat əsas borc, 11 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 958,63 manat əsas borc, 10 manat cərimə borcu və dövlət rüsumuna görə 110,75 manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1500/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1500/2025
08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver