Məhkəmə qərarları › İş №e-2(025)-1504/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1504/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1504/2024 07.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 464.83 manat əsas borc, 46.17 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 258.3 manat əsas borc, 25.7 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 88.61 manat əsas borc, 8.39 manat cərimə borcu olmaqla, ümumilikdə 892 manat borc və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslnadırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, MYCHOİCE CASE, İmei kod **********27351 OPPO A78 markalı telefon, İmei kod **********43715 SAMSUNG GALAXY A14 markalı telefon, VİNİL MAT, SAMSUNG CHARGER, İmei kod **********24496 SAMSUNG GALAXY A14 markalı telefon almış və nəticədə 892 (səkkiz yüz doxsan iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636.88 (altı yüz otuz altı manat səksən səkkiz qəpik) manat (12 ay x 49.74 manat + 40 manat ilkin ödəniş) olan MYCHOİCE CASE, İmei kod **********27351 OPPO A78 markalı telefonüçün ümumilikdə, 511 (beş yüz on bir) manat olmaqla ondan, 464.83 (dörd yüz altmış dörd manat səksən üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46.17 (qırx altı manat on yeddi qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 425.36 (dörd yüz iyirmi beş manat otuz altı qəpik) manat (12 ay x 32.35 manat + 35 manat ilkin ödəniş) olan İmei kod **********43715 SAMSUNG GALAXY A14 markalı telefon, VİNİL MAüTçün ümumilikdə, 284 (iki yüz səksən dörd) manat olmaqla ondan, 258.3 (iki yüz əlli səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.7 (iyirmi beş manat yetmiş qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 615.56 (altı yüz on beş manat əlli altı qəpik) manat (12 ay x 47.63 manat + 44 manat ilkin ödəniş) olan SAMSUNG CHARGER, İmei kod **********24496 SAMSUNG GALAXY A14 markalı telefon üçün ümumilikdə, 97 (doxsan yeddi) manat olmaqla ondan, 88.61 (səksən səkkiz manat altmış bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.39 (səkkiz manat otuz doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 866.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir İşdə olan 01 fevral 2024-cü il tarixli 13865953 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 636.88 manat dəyərində olan MYCHOİCE CASE, İmei kod **********27351 OPPO A78 markalı telefonu nisyə almışdır. İşdə olan 25 noyabr 2023-cü il tarixli 03575537 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 425.36 manat dəyərində olan İmei kod **********43715 SAMSUNG GALAXY A14 markalı telefon, VİNİL MAT-ı nisyə almışdır. İşdə olan 25 may 2023-cü il tarixli 04004013 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 615.56 manat dəyərində olan SAMSUNG CHARGER, İmei kod **********24496 SAMSUNG GALAXY A14 markalı telefonu nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 01 fevral 2024-cü il tarixli 13865953 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 49.74 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 25 noyabr 2023-cü il tarixli 03575537 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 32.53 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 25 may 2023-cü il tarixli 04004013 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 47.63 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 01 fevral 2024-cü il tarixli 13865953 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 464.83 manat borc, 46.17 manat cərimə, 25 noyabr 2023-cü il tarixli 03575537 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 258.3 manat borc, 25.7 manat cərimə, 25 may 2023-cü il tarixli 04004013 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 88.61 manat borc və 8.39 manat cərimə olmaqla, ümumilikdə 892 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 01 fevral 2024-cü il tarixli 13865953 nömrəli müqavilə üzrə 464.83 manat əsas, 25 noyabr 2023-cü il tarixli 03575537 nömrəli müqavilə üzrə 258.3 manat əsas, 25 may 2023-cü il tarixli 04004013 nömrəli müqavilə üzrə 88.61 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 01 fevral 2024-cü il tarixli 13865953 nömrəli müqavilə üzrə 464.83 manat əsas, 5 manat cərimə, 25 noyabr 2023-cü il tarixli 03575537 nömrəli müqavilə üzrə 258.3 manat əsas, 3 manat cərimə, 25 may 2023-cü il tarixli 04004013 nömrəli müqavilə üzrə 88.61 manat əsas, 1 manat cərimə və dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar