Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1528/2024 07.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında zərərin ödənilməsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 873,00 (səkkiz yüz yetmiş üç) manat sığorta ödənişi məbləğinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 903,00 (doqquz yüz üç) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “VAZ 21074” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Qəbələ rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21154” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 933,00 (doqquz yüz otuz üç) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qəbələ RPŞ DYPB-nin Qərarında Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Qəbələ RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyAirayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdehyol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21074” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İşdə olan 19-00367/01/AA-029/19 saylı Sığorta Aktına əsasən “Vaz 21074” minik markalı **- KD-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2018-ci il tarixdə Qəbələ rayonu ərazisində “Vaz 21154” minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində sığorta predmetinə dəymiş zərər 933 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan Qəbələ RPŞ-nin xx.xx.2018-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh AR İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. İşdən görünür ki, 2018-ci il aprelin 29-da Cavabdeh idarə etdiyi “Vaz 21074” markalı, **-KD-*** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonunda “Vaz 21154” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Nəticədə “Vaz 21154” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilə 933,00 manat ziyan dəymiş və cavabdeh sığorta ödənişindən 60,00 manat ödəmiş 873,00 manat qalıq məbləğ qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinıə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres)hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh 873,00 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 873 manat əsas borc və dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı "xxxx" ASCnin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1528/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1528/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver