Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1567/2024 22.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 252.28 manat əsas borc, 25.72 manat cərimə, 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN HOFFMANN almış və nəticədə 278 (iki yüz yetmiş səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 788.16 (yeddi yüz səksən səkkiz manat on altı qəpik) manat (yəni 24 ay x 32.84 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN HOFFMANNüçün ümumilikdə, 278 (iki yüz yetmiş səkkiz) manat olmaqla ondan 252.28 (iki yüz əlli iki manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.72 (iyirmi beş manat yetmiş iki qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 535.88 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 22 fevral 2023-cü il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 788.16 manat dəyərində olan Hoffmann markalı paltaryuyanı nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 22 fevral 2023-cü il tarixli ******* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 32.84 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 22 fevral 2023-cü il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəmiş, 252.28 manat borclu qalmış və 25.72 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 22 fevral 2023-cü il tarixli ******* nömrəli Müqaviləyə əsasən 252.28 manat əsas borc, dövlət rüsumuna görə 30 (otuz) manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22 fevral 2023-cü il tarixli ******* nömrəli Müqavilə üzrə 252.28 manat əsas borc, 3 manat cərimə borcu və dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1567/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1567/2024
22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver