Məhkəmə qərarları › İş №e-2(025)-1603/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1603/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1603/2025 12.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 567.8 manat əsas borc, 56.78 manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 506.88 manat əsas borc, 50.69 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 198 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 19.80 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 79.98 manat əsas borc, 8 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 50 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 5 manat cərimə borcu olmaqla, ümumilikdə 1590.13 manat borc və 35,91 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SOYUDUCU HOFFMANN, PALTARYUYAN HOFFMANN, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, İmei kod **********80861 BLACKVİEW A80 PLUS, PAKET M xidməti, MİNİ SOBA HOFFMANN, İmei kod **********02031OPPO A18 almış və nəticədə 1590.13 (bi rmin beş yüz doxsan manat, 13 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 601.2 (altı yüz bir manat, 20 qəpik) manat (18 ay x 33.4 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANNüçün ümumilikdə, 624.58 (altı yüz iyirmi dörd manat 58 qəpik) manat olmaqla ondan, 567..8 (beş yüz altmış yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56.78 (əlli altı manat, 78 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz ) manat (18 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN HOFFMANN, QİZİL ZƏMANƏT ULTRA1 İL xidmüəçtiün ümumilikdə, 557.57 (beş yüz əlli yeddi manat, 57 qəpik) manat olmaqla ondan, 506.88 (beş yüz altı manat, 88 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50.69 (əlli manat, 69 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 297 (iki yüz doxsan yeddi) manat (6 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********80861 BLACKVİEWA80 PLUS, PAKET M xidmətüiçün ümumilikdə, 241.40 (iki yüz qır xbi rmanat, 40 qəpik) manat olmaqla ondan, 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsummüştəriyə güzəşt olunaraq 19.80 (on doquqz manat, 80 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 84.78(səksən dörd manat, 78 qəpik) manat (3 ay x 26.66 manat + 4.8 manat ilkin ödəniş) olan MİNİ SOBAHOFFMANNüçün ümumilikdə, 87.98(səksən yeddi manat, 98 qəpik) manat olmaqla ondan, 79.98 (yetmiş doqquz manat, 98 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 (səkkiz) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 300 (üç yüz) manat (6 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********02031 OPPO A18üçün ümumilikdə, 78.60 (yetmiş səkki zmanat, 60 qəpik) manat olmaqla ondan, 50 (əlli) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 528.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 601.2 manat dəyərində olan Hoffmann markalı Soyuducunu nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 648 manat dəyərində olan PALTARYUYAN HOFFMANN, QİZİL ZƏMANƏT ULTRA1 İL xidmətini nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 297 manat dəyərində olan İmei kod **********80861 BLACKVİEWA80 PLUS, PAKET M xidmətini nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 84.78 manat dəyərində olan X3 nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 50 manat dəyərində olan İmei kod **********02031 OPPO A18 markalı telefonu nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.5-ci ü bəndinə əsasən Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər “Mal” ABC-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a mülkiyyət hüququ “Müştəri”-yə keçir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən “müştəri” bu müqavilənin (şərtlərini) pozduğu halda, “Mal”ı (habelə güzəştli şərtlərlə (ödənişsiz) təqdim edilmiş malı) ABC-nin tələbi ilə geri qaytarılmalıdır. Müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” mal-ın istifadəsini mümkünsüz edə, o cemlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 33.4 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 36 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 49.5 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 26.66 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 50 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 567.8 manat borc, 56.78 manat cərimə, xx.xx.2024-cü il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 506.88 manat borc, 50.69 manat cərimə, xx.xx.2024-cü il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 198 manat borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 19.80 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 79.98 manat borc, 8 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 50 manat borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 5 manat cərimə olmaqla, ümumilikdə 1590.13 manat borc hesablanmışdır. AR Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 567.8 manat əsas, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 506.88 manat əsas borc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 198 manat əsas, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 79.98 manat əsas, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 manat əsas borc, dövlət rüsumuna görə 34 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir; Müqavilənin 3.4-cü bəndində göstərilənlər 3.1-ci bəndində göstərilənlərə və AR Mülki Məcəlləsinin 606.1-ci maddəsinin tələbinə zidd olduğundan RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən dövlət rüsumu alıcıdan tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 567.8 manat əsas, 6 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 506.88 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 198 manat əsas, 2 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 79.98 manat əsas, 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 manat əsas, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 1417.66 manat borc və dövlət rüsumuna görə 34 manat pul alınıb iddiaçı "xxxx" MMCnin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar