Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1607/2025 12.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1261.44 manat əsas borc, 126.14 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1008.36 manat əsas borc, 100.84 manat cərimə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 365.93 manat əsas borc, 36.59 manat cərimə borcu olmaqla, ümumilikdə 2899.30 manat borc və 49 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, PALTARYUYAN LG, ZƏMANƏT + 3 İL xidməti, HİSENSE TV, ZƏMANƏT + 3 İL xidməti, MİKRODALĞALİ SOBAGORENJE, PALTARYUYAN SAMSUNG, ZƏMANƏT + 3 İL xidməti, EXPRESS ÇATDİRİLMAİS xidməti almış və nəticədə 2899,30 (iki min səkkiz yüz doxsan doqquz manat, 30 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1321,44 (min üç yüz iyirmi bir manat, 44 qəpik) manat (18 ay x 70,08 manat + 60 manat ilkin ödəniş) olan PALTARYUYAN LG, ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə, 1387,58 (min üç yüz səksən yeddi manat, 58 qəpik) manat olmaqla ondan, 1261,44 (min iki yüz altmış bir manat, 44 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 126,14 (yüz iyirmi altı manat, 14 qəpik) manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1056,36 (min əlli altı manat, 36 qpik) manat (18 ay x 56,02 manat + 48 manat ilkin ödəniş) olan HİSENSE TV, ZƏMANƏT + 3 İL xidmətüiçün ümumilikdə, 1109,20 (min yüz doqquz manat, 20 qəpik) manat olmaqla ondan, 1008,36 (min səkkiz manat, 36 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 100,84 (yüz manat, 84 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1590,84 min beş yüz doxsan manat, 84 qəpik) manat (18 ay x 88,38 manat + 0 manat ilkin ödəniş) olan MİKRODALĞALİ SOBA GORENJE, PALTARYUYAN SAMSUNG, ZƏMANƏT + 3 İL xidməti, EXPRESS ÇATDİRİLMAİS xidmətiüçün ümumilikdə, 402,52 (dörd yüz iki manat, 52 qəpik) manat olmaqla ondan 365,93 (üç yüz altmış beş manat, 93 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36,59 (otuz altı manat, 59 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən PALTARYUYAN SAMSUNG, ZƏMANƏT + 3 İL xidməti və EXPRESS ÇATDİRİLMA İS xidmətindən xx.xx.2025-cü il tarixində imtina etmiş və məhsul 1224.91 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1224,91 manat, ümumilikdə, 1224,91 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 108 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 28 aprel 2025-ci il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1321.44 manat dəyərində olan Paltaryuyan LG, zəmanət + 3 il xidmətini nisyə almışdır. İşdə olan 27 aprel 2025-ci il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1056.36 manat dəyərində olan Hisense TV, zəmanət + 3 il xidmətini nisyə almışdır. İşdə olan 27 aprel 2025-ci il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1590.84 manat dəyərində olan Mikrodalğalı Sobagorenje, Paltaruyan Samsung, zəmanət + 3 il xidməti, Express çatdırılma İs xidmətini nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdən görünür ki, Cavabdeh 28 aprel 2025-ci il tarixli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 1261.44 manat borc, 126.14 manat cərimə, 27 aprel 2025-ci il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1008.36 manat borc, 100.84 manat cərimə, 27 aprel 2025-ci il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 365.93 manat borc, 36.59 manat cərimə olmaqla, ümumilikdə 2899.30 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 28 aprel 2025-ci il tarixli müqavilə üzrə 1261.44 manat əsas, 27 aprel 2025-ci il tarixli müqavilə üzrə 1008.36 manat əsas, 27 aprel 2025-ci il tarixli müqavilə üzrə 365.93 manat əsas borc, dövlət rüsumuna görə 47 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28 aprel 2025-ci il tarixli müqavilə üzrə 1261.44 manat əsas, 13 manat cərimə, 27 aprel 2025-ci il tarixli müqavilə üzrə 1008.36 manat əsas, 10 manat cərimə, 27 aprel 2025-ci il tarixli müqavilə üzrə 365.93 manat əsas, 4 manat cərimə borcu olmaqla, ümumilikdə 2662.73 (iki min altı yüz altmış iki manat yetmiş üç qəpik) manat borc və dövlət rüsumuna görə 47 (qırx yeddi) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1607/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1607/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver