Məhkəmə qərarları › İş №e-2(025)-1609/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1609/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1609/2024 28.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 03 iyun 2022-ci il tarixli nisyə satış müqaviləsi üzrə ödənilməmiş 1279 manat əsas borc, 243 manat cərimə borcu olmaqla, ümumilikdə 1522 manat borcun və 36 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onun əsaslandırmışdır ki, o “Barcode Electronics” mağazasının sahibidir. Cavabdeh arasında bağlanmış 03 iyun 2022- ci il tarixli nisyə satış müqaviləsinə əsasən, satıcı “BARCODE ELECTRONİCS” tərəfindən alıcı Cavabdeh dəyəri 1329 manat olan “məişət avadanlığı və telefon” satılması, cavabdeh tərəfindən ilkin olaraq 39 manat ödənilməsi, 15 ay ərzində hər ay 86 manat olmaqla hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Lakin cavabdeh müqavilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, 03 iyun 2022-ci il tarixli müqavilə üzrə 04 avqust 2024-cü il tarixinə 1279 manat məbləğində ödənilməmiş borcu və 243 manat cərimə borcu qalmışdır. Cavabdehə qalıq borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq göndərilmiş, lakin cavabdeh yenə də öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək, borcunu ödəməmişdir. İşdə olan 03 iyun 2022-ci il tarixli nisyə satış Müqaviləsinin surətinə əsasən Cavabdeh 1329 manat dəyərində “məişət avadanlığı və telefon” almışdır. Müqaviləyə əlavə edilmiş 03 iyun 2022-ci il tarixli Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 1329 manat məbləğində məişət avadanlığının ödənişini xx.xx.2022ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan 03 iyun 2022-ci il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdeh 03 iyun 2022-ci il tarixli, müqavilə üzrə xx.xx.2024-cü il tarixə olan qalıq borcu 1279 manat əsas, 243 manat dəbbə pulu təşkil edir. İşdən görünür ki, Cavabdeh 03 iyun 2022-ci il tarixli, Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək, 1279 manat borclu qalmış və 243 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh 1279 manat əsas borc, dövlət rüsumuna görə 32.92 (otuz iki manat doxsan iki qəpik) manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1279 manat əsas borc, 13 manat cərimə və dövlət rüsumuna görə 32.92 manat pul alınıb İddiaçı hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar