Məhkəmə qərarları › İş №e-2(025)-1623/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1623/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1623/2025 18.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X2 İddiaçı cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 4370/2025 nömrəli, 2025-04-17 18:12:12 il tarixli nisyə alqı-satqı müqaviləsini, cavabdeh (zamin) Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 arasında bağlanmış 4368/2025 nömrəli, 2025-04-16 17:18:49 il tarixli nisyə alqı-satqı müqaviləsini, cavabdeh (zamin) Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsi ləğv edilməsi və hər iki cavabdehdən ödənilməmiş 367.16 (üç yüz altmış yeddi manat on altı qəpik) əsas, 21.49 (iyirmi bir manat qırx doqquz qəpik) cərimə vəsaiti və hər iki cavabdehdən ödənilməmiş 503.04 (beş yüz üç manat dörd qəpik) əsas, 38.76 (otuz səkkiz manat yetmiş altı qəpik) cərimə vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş ümumilikdə 870.20 manat əsas, 50 manat cərimə, 30 manat dövlət rüsumu vəsaitinin müştərək qaydada tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 4370/2025 nömrəli, 2025- 04-17 18:12:12-ci il tarixli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən Cavabdeh2 hər ay (17 günü olmaqla) 63.00 manat ödəməlidir. Cavabdeh tərəfindən xx.xx.2025 tarixindən başlayaraq, öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq, Cavabdeh2 tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, bu günə 503.04 manat əsas, 38.76 manat isə cərimə borcu yaranmışdır. Tərəflərindən borclu və zaminə öhdəliyin icrası ilə bağlı pretenziya göndərilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 4368/2025 nömrəli, 2025-04-16 17:18:49-ci il tarixli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən Cavabdeh2 hər ay (16 günü olmaqla) 50.00 manat ödəməlidir. Cavabdeh tərəfindən xx.xx.2025 tarixindən başlayaraq, öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq, Cavabdeh2 tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, bu günə 367.16 manat əsas, 21.49 manat isə cərimə borcu yaranmışdır. Tərəflərindən borclu və zaminə öhdəliyin icrası ilə bağlı pretenziya göndərilmişdir. İşdə olan 17 aprel 2025-ci il tarixli 4370/2025 nömrəli nisyə alqı-satqı Müqaviləsinin surətinə əsasən Cavabdeh2 İddiaçı xeyrinə hər ay (17 günü olmaqla) 63.00 manat ödəməlidir. İşdə olan 16 aprel 2025-ci il tarixli 4368/2025 nömrəli nisyə alqı-satqı Müqaviləsinin surətinə əsasən Cavabdeh2 İddiaçı xeyrinə hər ay (16 günü olmaqla) 50.00 manat ödəməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli, Z-004368/2025 saylı zaminlik müqaviləsinə əsasən zaminlik müqaviləsi Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli, Z-004370/2025 saylı zaminlik müqaviləsinə əsasən zaminlik müqaviləsi Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh2 ona verilən 756,00 manat məbləğində avadanlıqların qiymətini xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh2 ona verilən 600,00 manat məbləğində avadanlıqların qiymətini xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 17 aprel 2025-ci il tarixli 4370/2025 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək, 367.16 manat əsas, 21.49 manat cərimə, 16 aprel 2025-ci il tarixli 4368/2025 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək, 503.04 manat əsas, 38.76 manat cərimə hesablanmışdır. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 421.2-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 17 aprel 2025-ci il tarixli 4370/2025 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, Z-004370/2025 saylı zaminlik müqaviləsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 aprel 2025-ci il tarixli 4368/2025 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025ci il tarixli, Z-004368/2025 saylı zaminlik müqaviləsi ləğv edilməli, cavabdehlər (borclu) Cavabdeh2 və (zamin) Cavabdeh1 16 aprel 2025-ci il tarixli 4368/2025 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 503.04 manat əsas borc, 17 aprel 2025-ci il tarixli 4370/2025 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 367.16 manat əsas borc və dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq birrəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 aprel 2025-ci il tarixli 4368/2025 saylı, 17 aprel 2025-ci il tarixli 4370/2025 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli Z-004368/2025 saylı və xx.xx.2025-ci il tarixli Z- 004370/2025 saylı zaminlik müqavilələri ləğv edilsin. Cavabdehlər (borclu) Cavabdeh2 və (zamin) Cavabdeh1 müştərək qaydada 16 aprel 2025ci il tarixli 4368/2025 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 367.16 manat əsas borc, 4 manat cərimə, 17 aprel 2025-ci il tarixli 4370/2025 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 503.04 manat əsas, 5 manat cərimə borcu olmaqla, ümumilikdə 879.2 (səkkiz yüz yetmiş doqquz manat iyirmi qəpik) manat borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar