Məhkəmə qərarları › İş №e-2(025)-1640/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1640/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1640/2024 11.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 526.49 manat əsas borc, 52.51 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 125.75 manat əsas borc, 12.25 manat cərimə borcu olmaqla, ümumilikdə 717 manat borc və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslnadırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İmei kod **********52925 XİAOMİ REDMİ 12 markalı telefon, LAZER MƏSAFƏÖLÇƏN BOSCH, MOTOMİŞAR TOTAL TG almış və nəticədə 717 (yeddi yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 556.56 (beş yüz əlli altı manat əlli altı qəpik) manat (18 ay x 30.92 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********52925 XİAOMİ REDMİ 12 markalı telefon üçün ümumilikdə, 579 (beş yüz yetmiş doqquz) manat olmaqla ondan, 526.49 (beş yüz iyirmi altı manat qırx doqqu qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 52.51 (əlli iki mant əlli bir qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 712.34 (yeddi yüz on iki manat otuz dörd qəpik) manat (18 ay x 38.63 manat + 17 manat ilkin ödəniş) olan LAZER MƏSAFƏÖLÇƏN BOSCH, MOTOMİŞAR TOTAL TG üçün ümumilikdə, 138 (yüz otuz səkkzi) manat olmaqla ondan, 125.75 (yüz iyirmi beş amnat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.25 (on iki manat iyimi beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 616.66 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 04 aprel 2024-cü il tarixli 09415099 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 556.56 manat dəyərində olan İmei kod **********52925 XİAOMİ REDMİ 12 markalı telefonu nisyə almışdır. İşdə olan 27 mart 2023-cü il tarixli 09413084 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 712.34 manat dəyərində olan lazer məsafəölçən bosch, motomişar total Tg-ni nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 04 aprel 2024-cü il tarixli 09415099 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 30.92 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 27 mart 2023cü il tarixli 09413084 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 38.63 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 04 aprel 2024-cü il tarixli 09415099 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 526.49 manat borc, 52.51 manat cərimə, 27 mart 2023-cü il tarixli 09413084 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 125.75 manat borclu qalmış və 12.25 manat cərimə olmaqla, ümumilikdə 717 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 04 aprel 2024-cü il tarixli 09415099 nömrəli müqavilə üzrə 526.49 manat əsas, 27 mart 2023-cü il tarixli 09413084 nömrəli müqavilə üzrə 125.75 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04 aprel 2024-cü il tarixli 09415099 nömrəli müqavilə üzrə 526.49 manat əsas, 5 manat cərimə, 27 mart 2023-cü il tarixli 09413084 nömrəli müqavilə üzrə 125.75 manat əsas, 2 manat cərimə və dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar