Məhkəmə qərarları › İş №e-2(025)-1643/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1643/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1643/2024 13.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 217.79 manat əsas borc, 21.21 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 205.13 manat əsas borc, 20.87 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 196.13 manat əsas borc, 19.87 manat cərimə borcu olmaqla, ümumilikdə 681 manat borc və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, XİAOMİ REDMİ WATCH 3 ACTİVE qol saatİ, JBL TUNE qulaqlıq, TOZSORAN SAMSUNG, İMEİ KODU **********84872OPPO A17 markalı telefon almış və nəticədə 681 (altı yüz səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 369 (üç yüz altmış doqquz) manat (18 ay x 20.5 manat + 0 manat ilkin ödəniş) , XİAOMİ REDMİ WATCH 3 ACTİVE qol saatİ, JBL TUNE qulaqlıq üçün ümumilikdə, 239 (iki yüz otuz doqquz) manat olmaqla ondan, 217.79 (iki yüz on yeddi manat yetmiş doqquz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.21 (iyirmi bir manat iyirmi bir qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 288 (iki yüz səksən səkkiz) manat (18 ay x 16 manat + 0 manat ilkin ödəniş) TOZSORAN SAMSUNG üçün ümumilikdə, 226 (iki yüz iyirmi altı) manat olmaqla ondan, 205.13 (iki yüz beş manat on üç qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.87 (iyirmi manat səksən yeddi qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 645.12 (altı yüz qırx beş manat on iki qəp) manat (18 ay x 35.84 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********84872 OPPO A17 markalı telefonüçün ümumilikdə, 216 (iki yüz on altı) manat olmaqla ondan, 196.13 (yüz doxsan altı manat on üç qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.87 (on doqquz manat səksən yeddi qəp) manat cərimə; Cəmi ödədiyi məbləğ 683.07 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il , xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir İşdə olan 04 oktyabr 2023-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 369 manat dəyərində olan XİAOMİ REDMİ WATCH 3 ACTİVE qol saat, JBL TUNE qulaqı nisyə almışdır. İşdə olan 27 dekabr 2023-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 288 manat dəyərində olan Samsung markalı tozsoranı nisyə almışdır. İşdə olan 01 iyun 2023-cü il tarixli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 645.12 manat dəyərində olan İMEİ KODU **********84872 OPPO A17 markalı telefonu nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 04 oktyabr 2023-cü il tarixli 13865953 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 20.5 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 04 oktyabr 2023-cü il tarixli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 217.79 manat borc, 21.21 manat cərimə, 27 dekabr 2023-cü il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 205.13 manat borc, 20.87 manat cərimə, 01 iyun 2023-cü il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 196.13 manat borc və 19.87 manat cərimə olmaqla, ümumilikdə 681 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 04 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 217.79 manat əsas, 27 dekabr 2023-cü il tarixli müqavilə üzrə 205.13 manat əsas, 01 iyun 2023-cü il tarixli müqavilə üzrə 196.13 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 217.79 manat əsas, 4 manat cərimə, 27 dekabr 2023-cü il tarixli müqavilə üzrə 205.13 manat əsas, 3 manat cərimə, 01 iyun 2023-cü il tarixli müqavilə üzrə 196.13 manat əsas, 2 manat cərimə və dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar