Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1645/2024 13.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 418.45 manat əsas borc, 41.55 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 258.62 manat əsas borc, 25.38 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 249.38 manat əsas borc, 24.62 manat cərimə borcu olmaqla, ümumilikdə 1018 manat borc və 30.18 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, TİKİŞ MAŞİNİ JANOME SAKURA, İmei kod **********26602 HONOR X5 PLUS markalı telefon, İmei kod **********41433 HONOR X5 PLUS markalı telefon almış və nəticədə 1018 (min on səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456.72 (dörd yüz əlli altı man yetmiş iki qəpik) manat (24 ay x 19.03 manat + 0 manat ilkin ödəniş) olan TİKİŞ MAŞİNİ JANOME SAKURüAçün ümumilikdə, 460 (dörd yüz altmış) manat olmaqla ondan, 418.45 (dörd yüz on səkkiz amnt qırx beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.55 (qırx bir mnat əlli beş qəpik) manat cərimə. xx.xx.2024-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 291.06 (iki yüz doxsan bir mant altı qəpi) manat (18 ay x 16.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********26602 HONOR X5 PLUS markalı telefonüçün ümumilikdə, 284 (iki yüz səksən dörd) manat olmaqla ondan, 258.62 (iki yüz əlli səkkiz mant altmış ik qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.38 (iyimi beş manat otuz səkkiz qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 449.46 (dörd yüz qırx doqquz manat qırx altı qəpik) manat (18 ay x 24.97 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********41433 HONOR X5 PLUS markalı telefonüçün ümumilikdə, 274 (iki yüz yetmiş dörd) manat olmaqla ondan, 249.38 (iki yüz qırx doqquz amant otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.62 (iyirmi dörd manat altmış iki qəopik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 270.79 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir İşdə olan 07 aprel 2024-cü il tarixli 13742110 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 456.72 manat dəyərində olan TİKİŞ MAŞİNİ JANOME SAKURA-nı nisyə almışdır. İşdə olan 15 mart 2024-cü il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 291.06 manat dəyərində olan İmei kod **********26602 HONOR X5 PLUS markalı telefonu nisyə almışdır. İşdə olan 17 sentyabr 2023-cü il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 449.46 manat dəyərində olan İmei kod **********41433 HONOR X5 PLUS markalı telefonu nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 07 aprel 2024-cü il tarixli 13742110 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 19.03 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 15 mart 2024-cü il tarixli ******* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 16.17 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 17 sentyabr 2023-cü il tarixli ******* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 24.97 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 07 aprel 2024-cü il tarixli 13742110 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 418.45 manat borc, 41.55 manat cərimə, 15 mart 2024-cü il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 258.62 manat borc, 25.38 manat cərimə, 17 sentyabr 2023-cü il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 249.38 manat borc və 24.62 manat cərimə olmaqla, ümumilikdə 1018 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 07 aprel 2024-cü il tarixli 13742110 nömrəli müqavilə üzrə 418.45 manat əsas, 15 mart 2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə 258.62 manat əsas, 17 sentyabr 2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə 249.38 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07 aprel 2024-cü il tarixli 13742110 nömrəli müqavilə üzrə 418.45 manat əsas, 5 manat cərimə, 15 mart 2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə 258.62 manat əsas, 4 manat cərimə, 17 sentyabr 2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə 249.38 manat əsas, 3 manat cərimə və dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1645/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1645/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver