Məhkəmə qərarları › İş №e-2(025)-1647/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1647/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1647/2024 12.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1446.02 manat əsas borc, 144.98 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 121.57 manat əsas borc, 12.43 manat cərimə borcu olmaqla, ümumilikdə 1725 manat borc və 37.25 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslnadırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, ROBOT TOZSORAN XİAOMİ ROBOROCK S5, BLACKVİEW AİRBUDS 7 Qulaqlıq, SAMSUNG 25W CHARGER, İMEİ KOD**********49162 SAMSUNG GALAXY S21FE 5G markalı telefon, FEN ÜTÜ PHİLİPS, HUAWEİ FREEBUDS SE qulaqlıq almış və nəticədə 1725 (min yeddi yüz iyirmi beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3206.16 (üç min iki yüz altı manat on altı qəpik ) manat (18 ay x 178.12 manat + 0 manat ilkin ödəniş) ƏTÇƏKƏN BOSCH, ROBOT TOZSORAN XİAOMİ ROBOROCK S5, BLACKVİEW AİRBUDS 7 Qulaqlıq, SAMSUNG 25W CHARGER, İMEİ KODU **********49162SAMSUNG GALAXY S21FE 5Güçün ümumilikdə, 1591 (min beş yüz doxsan bir) manat olmaqla ondan, 1446.02 (min dörd yüz qırx altı manat iki qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 144.98 (yüz qırx dörd manat doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 278.1 (iki yüz yetmiş səkkiz manat on qəpik) manat (18 ay x 15.45 manat + 0 manat ilkin ödəniş) FEN ÜTÜ PHİLİPS, HUAWEİ FREEBUDS SE qulaqlıq üçün ümumilikdə, 134 (yüz otuz dörd) manat olmaqla ondan, 121.57 (yüz iyirmi bir maat əlli yeddi qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.43 (on iki manat qırx üç qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1916.67 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 23 aprel 2023-cü il tarixli 13413080 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 3206.16 manat dəyərində olan ƏTÇƏKƏN BOSCH, ROBOT TOZSORAN XİAOMİ ROBOROCK S5, BLACKVİEWAİRBUDS 7 Qulaqlıq, SAMSUNG 25W CHARGER, İMEİ KODU **********49162 SAMSUNG GALAXY S21FE 5G-i nisyə almışdır. İşdə olan 26 iyul 2023-cü il tarixli 03505387 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 278.1 manat dəyərində olan FEN ÜTÜ PHİLİPS, HUAWEİ FREEBUDS SE qulaqlıqı nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 23 aprel 2023-cü il tarixli 13413080 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 178.12 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 26 iyul 2023-cü il tarixli 03505387 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 15.45 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 23 aprel 2023-cü il tarixli 13413080 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 1446.02 manat borc, 144.98 manat cərimə, 26 iyul 2023-cü il tarixli 03505387 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 121.57 manat borclu qalmış və 12.43 manat cərimə olmaqla, ümumilikdə 1725 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 23 aprel 2023-cü il tarixli 13413080 nömrəli müqavilə üzrə 1446.02 manat əsas, 26 iyul 2023-cü il tarixli 03505387 nömrəli müqavilə üzrə 121.57 manat əsas borc, dövlət rüsumuna görə 36 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 aprel 2023-cü il tarixli 13413080 nömrəli müqavilə üzrə 1446.02 manat əsas, 15 manat cərimə, 26 iyul 2023-cü il tarixli 03505387 nömrəli müqavilə üzrə 121.57 manat əsas, 2 manat cərimə və dövlət rüsumuna görə 36 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar