Məhkəmə qərarları › İş №e-2(025)-168/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-168/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-168/2025 24.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X3 İddiaçı İB-nin cavabdeh X1 qarşı debitor borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbi barədə iddia qaldıraraq abonentin sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 296.85 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 777 manat, cəmi 1074.45 manat əsas borc, 30.75 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı, ümumilikdə 1105.60 manat tutularaq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə ərizə icraata qəbul edilməməlidir. AR MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə hesab edir ki, tutulması tələb edilən məbləğ təqdim edilən sənədlərlə təsdiq olunmadığından İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və AR MPM-nin 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: : İddiaçı İB Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar