Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-171/2025 18.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi iddia qaldıraraq Qəbələ rayonu, Corlu kəndində yerləşən fərdi yaşayış evində istehlak olunan təbii qazın sayğac göstəricilərinə əsasən hesablanmış 299,00 manat məbləğində dəyəri və şəbəkəyə qanunsuz qoşulmaya görə tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli ******* nömrəli Akta əsasən hesablanmış 777,60 manat məbləğində qaz sərfiyyatının dəyəri, cəmi 1076,60 manat, 30,77 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq İddiaçı İBnin hesabına keçirilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ona məxsus olan Qəbələ rayonu, Corlu kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evin yaşayış sahəsini təbi qazla təmin edən xətt üzərində quraşdırılmış sayğac qaz sərfiyyatının dövrü olaraq hesablanmasını operativ şəkildə həyata keçirtməkdən ötrü evdən kənarda bərkidilmiş və qaz sərfiyyatını qeydə alan göstərici rəqəmdəki dəyişilmənin müşahidəsi qaz paylayıcısı nəzarətçilərinə həvalə edilmişdir. Qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarına yol verilməmiş və sayğaca hər hansı bir müdaxilə olunmamışdir. İddiaçı İB Zaqatala Regional Qİİ-nin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 aprel 2024-cü il tarixli ******* nömrəli Aktın tərtib edilməsi barədə onun məlumatı olmamış və Aktın surətini almamışdır. Həmin akt əsasında yenidən hesablaşma aparılması və abonent hesabına 777.60 manat debitor borcun əlavə edilməsi qanunsuzdur. İstehlak olunan təbii qazın sayğac göstəricilərinə əsasən hesablanmış 299,00 manat məbləğində dəyərini ödəməyə razıdır. İşdə olan İddiaçı İB-nin Zaqatala Regional Qİİ (Paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli AKX 05479xx/xx-2023 saylı müqavilənin surətinə əsasən Paylayıcı İstehlakçını (kod: **********03660; ünvan: Qəbələ rayonu Hacallı kəndi) keyfiyyətli qazla təmin etməyi və İstehlakçı aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı İB-nin Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş Abonentin saldosuna əsasən abonent Cavabdeh (abonent kodu: **********02190; ünvan: Qəbələ rayonu Mirzəbəyli kəndi) qazın istehlakına görə debitor borcu 12/2024-cü ildə cəmi 1076,60 manat təşkil etmiş və həmin məbləğin 777,60 manatı «Qazdan istifadə qaydalarının pozulması haqqında» akta əsasən hesablanmışdır. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 aprel 2024-cü il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı Cavabdeh yaşadığı Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ünvanda sayğacın (abonent kodu: **********02190; Sayğacın zavod nömrəsi: ********) hesablama mexanizminin plastmas qağının alt tərəfdən fiziki təsir nəticəsində deşici alətlə deşilməsi aşkar edilmiş və qaz işlədici qurğulara uyğun dəymiş maddi ziyan hesablanmışdır. İşdə olan «Azəriqz» İB-nin Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə» ilə abonent Cavabdeh (abonent kodu: **********02190; ünvan: Qəbələ rayonu Mirzəbəyli kəndi) istifadəsində olan qaz işlədicilərinin orta günlük iş rejimində (12 saat) 6 kub/m saz sərfiyyatı ilə 90 günlük müddət üçün qaz sərfiyyatı 6480 kub/m hesablanmışdır. İşdə olan «Qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçı Cavabdeh yaşadığı Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ünvanda quraşdırılmış sayğac (Abonent kodu: **********02190; Sayğacın zavod nömrəsi: ********) yararsız olduğundan şəbəkədən çıxarılmış və yenisi ilə əvəz edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə AR Sənaye və Energetika Nazirliyi .... həyata keçirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Cavabdeh yaşadığı Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ünvanda qazpaylayıcı şəbəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentlərin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı İB Zaqatala Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 aprel 2024-cü il tarixli ******* saylı akt özü-özlüyündə etibarsız olduğundan abonent Cavabdeh ilə həmin akt əsasında yenidən hesablaşma aparıla bilməzdi. Digər tərəfdən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2-ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün , lakin ən çoxu 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 aprel 2024-cü il tarixli ******* saylı Akt əsasında hesabatın 90 günlük müddət üçün aparılması qanunsuz olmuşdur. İddiaçı İB «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 aprel 2024-cü il tarixli ******* saylı Akta əsasən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə» ilə hesablanmış 6480 kum/m qaz sərfiyyatının 777,60 manat məbləğində dəyərinin abonentin hesabına ödənilməsini tələb etməkdə haqlı olmadığından Cavabdeh ancaq istifadə olunmuş qaz sərfiyyatının 299,00 manat məbləğində dəyəri tutularaq İddiaçı İB-nin xeyrinə ödəniməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh istifadə olunmuş qaz sərfiyyatına görə 299,00 (iki yüz doxsan doqquz) manat və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulub İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-171/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-171/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver