Məhkəmə qərarları › İş №e-2(025)-173/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-173/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-173/2024 16.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № 01192532 saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 217,9 AZN əsas 65,3 AZN cərimə cəmi 283,2 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 45,9 AZN əsas 13,7 AZN cərimə cəmi 59,6 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 64,9 AZN əsas, 19,4 AZN cərimə, cəmi 84,3 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 1353,9 AZN əsas, 406,1 AZN cərimə, cəmi 1760 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqısatqımüqaviləsi üzrə 133,9 AZN əsas, 40,1 AZN cərimə, cəmi 174 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 205,4 AZN əsas, 61,6 AZN cərimə, cəmi 267 AZN borc ümumilikdə altımüqavilə üzrə 2021,9 AZN əsas, 606,2 AZN cərimə, 2628,1 AZN cəmi borcun və 46,28 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh Bahaddin qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqımüqaviləsi (müqavilələri) barədə məlumat: 1 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № 01192532 saylı Müqavilə məbləği: 599.90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 50.00 AZN 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Honor" markalı saat və qulaqcıq Son ödəniş məbləği və tarixi: 50.00 AZN 8/23/2023 Cavabdehnun müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 217.90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 653.00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 65.30 AZN Tutulmalı olan cəmi məbləğ: 283.20 AZN 2 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 469.90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 27.00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Neos " markalı televizor Son ödəniş məbləği və tarixi: 27.00 AZN 10/3/2023 Cavabdehnun müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 45.90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 137.00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 13.70 AZN Tutulmalı olan cəmi məbləğ: 59.60 AZN 3 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 469.90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 27.00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Neos" markalı televizor Son ödəniş məbləği və tarixi: 27.00 AZN 10/3/2023 Cavabdehnun müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 64.90 AZN. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 194.00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 19.40 AZN Tutulmalı olan cəmi məbləğ: 84.30 AZN 4 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 2049.90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 114.00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Samsung " markalı televizor Son ödəniş məbləği və tarixi: 114.00 AZN 8/23/2023 Cavabdehnun müddətli (nisyə) alqısatqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 1353.90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 4061.00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 406.10 AZN Tutulmalı olan cəmi məbləğ: 1760.00 AZN 5 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 199.90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 11.00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Bosch " markalı aspirator Son ödəniş məbləği və tarixi: 11.00 AZN 8/23/2023 Cavabdehnun müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 133.90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 401.00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 40.10 AZN Tutulmalı olan cəmi məbləğ: 174.00 AZN 6 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 499.90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 42.00 AZN 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Apple " markalı qulaqcıq Son ödəniş məbləği və tarixi: 42.00 AZN 10/3/2023 Cavabdehnun müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 205.40 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 616.00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 61.60 manat. Tutulmalı olan cəmi məbləğ: 267.00 manat təşkil etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Birinci instansiya baxışın hədləri Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə X3 arasında bağlanmış 1. 01192532 saylı xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən X3 "xxxx" MMC-dən ümumi qiyməti 599.90 manat dəyərində olan “Honor” markalı saat və qulaqcıqa görə 12 ay müddətinə, hər ay 50 manat, 2. ********* saylı xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən X3 "xxxx" MMC-dən ümumi qiyməti 469.90 manat dəyərində olan “Neos” markalı televizora görə 18 ay müddətinə, hər ay 27 manat, 3. ********* saylı xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən X3 "xxxx" MMC-dən ümumi qiyməti 469.90 manat dəyərində olan “Neos” markalı televizora görə 18 ay müddətinə, hər ay 27 manat, 4. ********* saylı xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən X3 "xxxx" MMC-dən ümumi qiyməti 2049.90 manat dəyərində olan “Samsung” markalı televizora görə 18 ay müddətinə, hər ay 114 manat, 5. ********* saylı xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən X3 "xxxx" MMC-dən ümumi qiyməti 199.90 manat dəyərində olan “Bosch” markalı aspiratora görə 18 ay müddətinə, hər ay 11 manat 6. ********* saylı xx.xx.2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən X3 "xxxx" MMC-dən ümumi qiyməti 499.90 manat dəyərində olan “Apple” markalı qulaqcıqa görə 12 ay müddətinə, hər ay 42 manat ödəmək şərti ilə almışdır. X3 müqavilələrə əsasən hər ay üçün ödəməli olduğu məbləği ödəməkdən yayınmış, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli 01192532 №-lli müddətli alqı-satqı müqaviləsi üzrə 217.9 manat əsas borc, 65.3 manat cərimə olmaqla cəmi 283.2 manat borc, xx.xx.2022-ci il tarixli ********* №-lli müddətli alqı-satqı müqaviləsi üzrə 45.9 manat əsas borc, 13.7 manat cərimə olmaqla cəmi 59.6 manat borc, xx.xx.2022-ci il tarixli ********* №-lli müddətli alqı-satqı müqaviləsi üzrə 64.9 manat əsas borc, 19.4 manat cərimə olmaqla cəmi 84.3 manat borc, xx.xx.2022-ci il tarixli ********* №-lli müddətli alqı-satqı müqaviləsi üzrə 1353.9 manat əsas borc, 406.1 manat cərimə olmaqla cəmi 1760 manat borc, xx.xx.2022-ci il tarixli ********* №-lli müddətli alqı-satqı müqaviləsi üzrə 133.9 manat əsas borc, 40.1 manat cərimə olmaqla cəmi 174 manat borc, xx.xx.2022-ci il tarixli ********* №-lli müddətli alqı-satqı müqaviləsi üzrə 205.4 manat əsas borc, 61.6 manat cərimə olmaqla cəmi 267 manat borc ümumilikdə isə altı müqavilə üzrə 2021.9 manat əsas, 606.2 manat cərimə cəmi 2628.1 manat borcu vardır. Həmçinin iddiaçı məhkəmədə iddia qaldırılması üçün 46.28 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədləri araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, cavabdeh X3 İddiaçıa vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış müqaviləyə əsasən borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdeh X1 01192532 saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli və ********* saylı xx.xx.2022-ci il tarixli müqavilələr üzrə əsas borcun tutulmasını əsaslı sayır. Həmçinin məhkəmə hesab edir ki, 01192532 saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli və ********* saylı xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 606.2 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 191 manata endirilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 46.28 (qırx altı manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 01192532 saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli, ********* saylı xx.xx.2022-ci il tarixli və ********* saylı xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 2021.9 manat əsas borc, 191 manat cərimə borcu olmaqla cəmi 2212.9 (iki min iki yüz on iki manat doxsan qəpik) manat borc və 46.28 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 2021.9 manat əsas borc və 191 manat cərimə borcu olmaqla cəmi 2212.9 (iki min iki yüz on iki manat doxsan qəpik) manat borc və 46.28 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar