Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1746/2024 27.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1154.1 manat əsas borc, 115.9 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 654.12 manat əsas borc, 65.88 manat cərimə borcu olmaqla, ümumilikdə 1990 manat borc və 39.90 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslnadırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG 25W CHARGER, imei kodu **********75285 SAMSUNG GALAXY S21FE 5G markalı telefSoAnM, SUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********80587 SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə 1990 (min doqquz yüz doxsan)manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1889.1 (min səkkiz yüz səksən doqquz manat on qəpik ) manat (18 ay x 104.95 manat + 0 manat ilkin ödəniş) SAMSUNG 25W CHARGER, imei kodu **********75285 SAMSUNG GALAXY S21FE 5G markalı telefoünçün ümumilikdə, 1270 (min iki yüz yetmiş) manat olmaqla ondan, 1154.1 (min yüz əlli dörd manat on qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 115.9 (yüz on beş manat doxsan qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 654.12 (altı yüz əlli dörd manat on iki qəpik) manat (18 ay x 36.34 manat + 0 manat ilkin ödəniş) SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********80587 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 720 (yeddi yüz iyirmi) manat olmaqla ondan, 654.12 (altı yüz əlli dörd manat on iki qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 65.88 (altmış beş manat səksən səkkiz qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 735 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il və xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir İşdə olan 03 noyabr 2023-cü il tarixli 04086094 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1889.1 manat dəyərində olan SAMSUNG 25W CHARGER, imei kodu **********75285 SAMSUNG GALAXY S21FE 5G markalı telefonu nisyə almışdır. İşdə olan 29 iyun 2024-cü il tarixli 11234339 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 654.12 manat dəyərində olan SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********80587 SAMSUNG GALAXY A24 markalı telefonu nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 03 noyabr 2023-cü il tarixli 04086094 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 104.95 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 29 iyun 2024cü il tarixli 11234339 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 36.34 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 03 noyabr 2023-cü il tarixli 04086094 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 1154.1 manat borc, 115.9 manat cərimə, 29 iyun 2024-cü il tarixli 11234339 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 654.12 manat borclu qalmış və 65.88 manat cərimə olmaqla, ümumilikdə 1990 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 39.90 (otuz doqquz manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 03 noyabr 2023-cü il tarixli 04086094 nömrəli müqavilə üzrə 1154.1 manat əsas, 29 iyun 2024-cü il tarixli 11234339 nömrəli müqavilə üzrə 654.12 manat əsas borc, dövlət rüsumuna görə 39.90 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03 noyabr 2023-cü il tarixli 04086094 nömrəli müqavilə üzrə 1154.1 manat əsas, 12 manat cərimə, 29 iyun 2024-cü il tarixli 11234339 nömrəli müqavilə üzrə 654.12 manat əsas, 7 manat cərimə və dövlət rüsumuna görə 39.90 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1746/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1746/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver