Məhkəmə qərarları › İş №e-2(025)-1749/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1749/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1749/2025 17.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehdən 712,4 manat əsas borc və 71,24 manat cərimə, ümumilikdə 783,64 manat və 30 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 1762,08 manat dəyərində “X1 Atron” almış və müqavilənin ayrılmız tərkib hissəsi olan razılaşdırılmış cədvəl üzrə aylıq ödənişləri vaxtı-vaxtında ödəməyərək cəmi 712,4 manat borclu qalmış və 71,24 manat cərimə hesablanmışdır. Cavabdeh edilmiş xəbərdarlıqlara baxmayaraq qalıq borcu ödəməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 712,4 manat əsas borc və 71,24 manat cərimə, ümumilikdə 783,64 manat və 30 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, "xxxx" MMCdən ı xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 1762,08 manat dəyərində “X1 atron” almış və müqavilə üzrə 1641 manat ödəmişdir. "xxxx" MMC ödənilən məbləğdən 591,32 manatın cəriməyə silməklə onun məsuliyyət ölçüsünü artırmış və hüquqlarını pozmuşdur. Müqavilə üzrə qalıq borcun məbləği barədə arayış ala bilmədiyindən ödəniş etməmişdir. Ona görə də, iddia tələbi əsassızdır. İşdə olan 20 sentyabr 2023-cü il tarixli 04085693 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1762,08 manat dəyərində olan X1 Atron nisyə almışdır. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. Müqaviləyə Əlavənin surətinə əsasən olan 20 sentyabr 2023-cü il tarixli 04085693 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 73,42 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan xx.xx.2026-cı il traixli Maliyyə arayışının surətinə əsasən 20 sentyabr 2023-cü il tarixli 04085693 nömrəli Müqavilə üzrə Cavabdeh tərəfindən 1049,68 manat əsas borc və 591,32 manat cərimə ödənilmişdir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 461.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 20 sentyabr 2023-cü il tarixli 04085693 nömrəli müqavilə üzrə müəyyən edilən müddət ərzində cəmi 1641,0 manat ödəmişdir. ABC TELECOM” MMC ödənilən məbləğdən 591,32 manatı öz mülahizəsinə görə cəriməyə silməkdə haqlı deyil. Ona görə də, Cavabdeh cəmi 121,08 manat əsas borc (1762,08- 1641), 10 manat cərimə və 30 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC -nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 20 sentyabr 2023-cü il tarixli 04085693 nömrəli müqavilə üzrə 121,08 manat əsas borc, 10,0 manat cərimə və 30,0 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar