Məhkəmə qərarları › İş №e-2(025)-177/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-177/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-177/2024 29.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Qəbələ rayonu Qəmərvan kəndində qeydiyyatda olan Cavabdeh 10928.98 manat (on min doqquz yüz iyirmi səkkiz manat 98 qəpik), əvvəlcədən ödənilmiş 122.79 manat (bir yüz iyirmi iki manat 79 qəpik) dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqlarının tutularaq İddiaçı xeyrinə ödənilməsi(bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ rayonu Qəmərvan kəndində yaşayan Cavabdeh məxsus mənzilində 3496 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********03140 saylı qaz hesabında 828.20 manat və **********03210 saylı qaz hesabında 10100.78 manat, ümumilikdə 10928.98 borc vardır. 1) **********03140 saylı qaz hesab üzrə yaranmış borc: Sayğac göstəricisinə əsasən **********03140 saylı qaz hesab üzrə yaranmış 828.20 manat həcmindəki borc Cavabdehadına hazırda istismarda olan G4T markalı 10299262 nömrəli sayğacın 13253 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2) **********03210 saylı qaz hesab üzrə yaranmış borc: Sayğac göstəricisinə əsasən **********03210 saylı qaz hesab üzrə yaranmış 10100.78 manat həcmindəki borcun 7187.15 manat hissəsi Cavabdeh adına istismarda olmuş G40T markalı ********** nömrəli sayğacın 126078 m mexaniki və 117247 m elektron göstəricisi ilə müəyyən edilmişdir. Sözügedən borcun 2913.63 manat hissəsi isə ayrı-ayrı tarixlərdə aparılmış hesabatlara əsasən, o cümlədən 254.75 manat hissəsi qaz sayğacının elektron göstəricisi dayandığı üçün hesabat kofisentə əsasən mexaniki gösətəricilə (qarşılıqlı razılaşma aktına əsasən), 322 manat hissəsi sayğacsız dəmirötürücü ilə qazdan istifadəyə görə aparılan hesabatla (qarşılıqlı razılaşma aktına əsasən), 2336.88 manat hissəsi isə sayğacın arxiv məlumatlarına əsasən qaz sayğacı alarm rejimində nəzərə alınmayan qaz həcmi ilə müəyyən edilmişdir. 2.1) Qarşılıqlı razılaşma aktına əsasən 254.75 manat borc altı dəfə ayrı-ayrı tarixlərdə qaz sayğacının elektron göstəricisi dayandığı üçün hesabat kofisentə əsasən mexaniki gösətəricilə yaranmışdır. 2.1.1) Qarşılıqlı tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt əsasında 2022-ci ilin oktyabr ayı üçün 32 m həcmində hesabat aparılmaqla onun dəyəri olan 8 manat abonent hesabında qeydə alınmışdır; 2.1.2) Qarşılıqlı tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt əsasında 2022-ci ilin noyabr ayı üçün 41 m həcmində hesabat aparılmaqla onun dəyəri olan 10.25 manat abonent hesabında qeydə alınmışdır; 2.1.3) Qarşılıqlı tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt əsasında 2022-ci ilin dekabr ayı üçün 340 m həcmində hesabat aparılmaqla onun dəyəri olan 85 manat abonent hesabında qeydə alınmışdır; 2.1.4) Qarşılıqlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt əsasında 2023-cü ilin yanvar ayı üçün 325 m həcmində hesabat aparılmaqla onun dəyəri olan 81.25 manat abonent hesabında qeydə alınmışdır; 2.1.5) Qarşılıqlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt əsasında 2023-cü ilin fevral ayı üçün 230 m həcmində hesabat aparılmaqla onun dəyəri olan 57.50 manat abonent hesabında qeydə alınmışdır; 2.1.4) Qarşılıqlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt əsasında 2023-cü ilin aprel ayı üçün 51 m həcmində hesabat aparılmaqla onun dəyəri olan 12.75 manat abonent hesabında qeydə alınmışdır; 2.2) Qarşılıqlı razılaşma aktına əsasən 322 manat borc üç dəfə ayrı-ayrı tarixlərdə sayğacsız dəmirötürücü ilə qazdan istifadəyə görə aparılan hesabatla yaranmışdır. 2.2.1) Qarşılıqlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt əsasında 2023-cü ilin may ayı üçün 20 gün olmaqla (xx.xx.2023-xx.xx.2023) sayğacsız 401 m həcmində hesabat aparılmaqla onun dəyəri olan 100.25 manat abonent hesabında qeydə alınmışdır; 2.2.2) Qarşılıqlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt əsasında 2023-cü ilin iyun ayı üçün 30 gün olmaqla (xx.xx.2023-xx.xx.2023) sayğacsız 191 m həcmində hesabat aparılmaqla onun dəyəri olan 47.75 manat abonent hesabında qeydə alınmışdır; 2.2.3) Qarşılıqlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt əsasında 2023-cü ilin iyul ayı üçün 31 gün olmaqla (xx.xx.2023xx.xx.2023) sayğacsız 696 m həcmində hesabat aparılmaqla onun dəyəri olan 174 manat abonent hesabında qeydə alınmışdır. 2.3) Sayğacın arxiv məlumatlarına əsasən qaz sayğacı alarm rejimində nəzərə alınmayan qaz həcmi 2336.88 manat müəyyən edilərək abonentin qaz hesabında qeydə alınmışdır. Belə ki, Cavabdeh ünvanında istismarda olmuş G40 markalı ********** nömrəli rotor tipli “İTRON” qaz sayğacı xx.xx.2023-cü il tarixdə xətdən çıxarılmış və xx.xx.2023-cü il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laborotoriyasında yoxlanılmasına dair SS-14-2-2/3-5-4907-1 saylı əhali qaz sayğacının yoxlanılması haqqında akt tərtib edilmişdir. Belə ki, sayğaca ilkin baxış zamanı daxili çirkli olduğu, göstəricilər arasında fərqin olduğu, rotorların kipləndiyi, sayğaca hava vurularkən sərfiyyatı qeyd etmədiyi müəyyən edilmişdir. Həmçinin mexaniki hissəsi işlək olan sayğacın xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.39 bar, alarm reimdə işlədiyi üçün korreksiya olunmuş maksimal qaz həcmi qeydə alınmayıb (N/A), korreksiya olunmamış qaz həcmi 15 m qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2023-cü il tarixində qeydə alınmışdır. Elektron göstərici V mexaniki göstəricidən 1 m azdır. Temperatur çeviricisi qırıqdır. Baxış zamanı korrektorun parametr göstəricilərində baza temperaturu T = 288.15K, baza təzyiq P =1.01325 bar aşkar olundu. (Standart T = 293.15K, P =1.01325 bar olmalıdır). Baza temperaturu (T ) standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsində, keçən qazın sərfi düzgün qeydə alınmayıb. Arxivlərə əsasən alarm rejimdə qeydə alınan korreksiya olunmamış V =17481 m qaz həcmi V bölməsində qeydə alınmamışdır. İstifadə olunmuş real qaz həcmi 17481 m (C-korreksiya əmsalı). Sözügedən rəy əsasında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, aktın tərtib edilməsində istehlakçı iştirak etsə də onu imzalamaqdan imtina etmişdir. Bundan sonra İddiaçı İB-nin İSQNŞ-nın xx.xx.2023-cü il tarixli tələbnaməsi ilə ümumilkdə 19474 m həcmində uçota alınmayan qaz və onun dəyəri olan 2336.88 manat istehlakçının qaz hesabında qeydə alınmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, qeyd olunan borc cavabdehin istehlak etdiyi qazın puludur, həmin məbləğə hər hansı bir cərimə və ya digər xərclər daxil deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehhəmçinin 055 *** ** ** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan “Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2016-ci il tarixli, 3496 №-li müqavilədən görünür ki, müqavilə üzrə paylayıcı adlanacaq Ağsu Q.İ.Ş E.C.Səlimzadə şəxsində bir tərəfdən və bundan sonra istehlakçı adlanacaq Cavabdeh (AZE 0*******) müqavilə aşağıdakı şərtlərlə bağlamışlar, paylayıcı bu müqavilə müəyyən edilmiş şərtlərə uğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan abonent saldosundan görünür ki, Qəbələ rayonu Qəmərvan kəndi **********03140 və **********03210 nömrəli abonent, 4 nəfər ailə tərkibi olan Cavabdeh 2023-cü il üçün ümumilikdə10928.98manat borcu mövcuddur. İş materiallarında olan İddiaçı İB Zaqatala RQİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* saylı Aktın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə dəyəri ödənilməmiş 17481 kubmetr həcmində qaz istehlak etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə”-yə əsasən, istehlakçı Cavabdeh cəmi 19474 kubmetr həcmdə dəyəri ödənilməmiş qaz borcu vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 01 sentyabr 2016-cı il tarixli müqavilənin: 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərilikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 3.2.1-ci bəndinə əsasən, Qazdan istifadə edən istehlakçılar qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normatik hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və.s göstərilməliklə) istinad edilməş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh İstehsalat Birliyi Cavabdeh təbii qazdan dəyəri ödənilmədən istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış borcu tələb edir. Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili təbii qazla təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən həmin xidmət üzrə borc yaranmış və təbii qazdan istifadəyə görə borcun 10928.98 manat olması müəyyən edilmişdir.Dəfələrlə cavabdehə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsədə cavabdeh bu günə kimi borcun tam olaraq ödənilməsindən yayınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və abonentin saldosuna əsasən yaranmış borc hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 122.79 (bir yüz iyirmi iki manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan Cavabdeh 10928,98 (on min doqquz yüz iyirmi səkkiz manat 98 qəpik) manat əsas borc, ödənilmiş 122,79 (bir yüz iyirmi iki manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı, ümumilikdə isə 11091,77 (on bir min doxsan bir manat yetmiş yeddi qəpik) manat borc (pul) tutularaq İddiaçı hesabına ödənilməlidir.. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan Cavabdeh 10928,98 (on min doqquz yüz iyirmi səkkiz manat 98 qəpik) manat əsas borc, ödənilmiş 122,79 (bir yüz iyirmi iki manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı, ümumilikdə isə 11091,77 (on bir min doxsan bir manat yetmiş yeddi qəpik) manat borc (pul) tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar