Məhkəmə qərarları › İş №e-2(025)-1798/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1798/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1798/2025 28.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********16334 olan İphone 13 üçün, 1362.02 manat ödənilməmiş hissə, 136.20 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, X13 il xidməti, Lenovo Loq kompüter üçün 2201.94 manat ödənilməmiş hissə, 220.19 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Borofone qulaqlıq, İMEİ kodu **********64085 olan X2 14 Pro üçün 464.04 manat ödənilməmiş hissə, 46.40 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Soyuducu Hoffmann üçün 326.5 manat ödənilməmiş hissə, 32.65 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X11 il xidməti, tikiş maşını Singer üçün 282.78 (iki yüz səksən iki manat 78 qəpik) manat ödənilməmiş hissə, 28.28 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59590 olan Oppo A18 üçün 74.9 manat ödənilməmiş hissə, 7.49 manat dəbbə pulu olmaqla, ümumilikdə 5183.40 manat borc və 71.84 manat manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********16334 olan İphone 13, X1 3 il xidməti, Lenovo Loq kompüter, Borofone qulaqlıq, İMEİ kodu **********64085 olan X2 14 Pro, Soyuducu Hoffmann, X1 1 il xidməti, tikiş maşını Singer, İMEİ kodu **********59590 olan Oppo A18 almış və nəticədə 5183.40 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1402.02 manat (18 ay x 77.89 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********16334 olan İphone 13 üçün 1498.22 manat olmaqla ondan, 1362.02 manat ödənilməmiş hissə, 136.20 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2201.94 manat (18 ay x 122.33 manat + 0 manat ilkin ödəniş) olan X13 il xidməti, Lenovo Loq kompüter üçün 2422.13 manat olmaqla ondan 2201.94 manat ödənilməmiş hissə, 220.19 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 464.04 manat (12 ay x 38.67 manat + 0 manat ilkin ödəniş) olan Borofone qulaqlıq, İMEİ kodu **********64085 olan X2 14 Pro üçün 510.44 manat olmaqla ondan 464.04 manat ödənilməmiş hissə, 46.40 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 601.20 manat (18 ay x 33.4 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu Hoffmann üçün 359.15 manat olmaqla ondan 326.5 manat ödənilməmiş hissə, 32.65 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 345.24 manat (18 ay x 19.18 manat + 0 manat ilkin ödəniş) olan X11 il xidməti, tikiş maşını Singer üçün 311.06 manat olmaqla ondan 282.78 manat ödənilməmiş hissə, 28.28 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 300 manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********59590 olan Oppo A18 üçün 82.39 manat olmaqla ondan 74.9 manat ödənilməmiş hissə, 7.49 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 602.26 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cil tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 10718648 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 300 manat dəyərində olan İMEİ kodu **********59590 olan Oppo A18 nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 03229470 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 601.20 manat dəyərində olan Soyuducu Hoffmann nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMCdən 345.24 manat dəyərində olan X11 il xidməti, tikiş maşını Singer nisyə almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli ********** nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1402.02 manat dəyərində olan İMEİ kodu **********16334 olan İphone 13 nisyə almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli ********** nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1402.02 manat dəyərində olan İMEİ kodu **********16334 olan İphone 13 nisyə almışdır İşdə olan xx.xx.2025-ci il tarixli ********** nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 2201.94 manat dəyərində olan X13 il xidməti, Lenovo Loq kompüter nisyə almışdır Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli 03229470 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 33,4 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli 10718648 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 25 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********16334 olan İphone 13 üçün, 1362.02 manat ödənilməmiş hissə, 136.20 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, X13 il xidməti, Lenovo Loq kompüter üçün 2201.94 manat ödənilməmiş hissə, 220.19 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Borofone qulaqlıq, İMEİ kodu **********64085 olan X2 14 Pro üçün 464.04 manat ödənilməmiş hissə, 46.40 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Soyuducu Hoffmann üçün 326.5 manat ödənilməmiş hissə, 32.65 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X11 il xidməti, tikiş maşını Singer üçün 282.78 (iki yüz səksən iki manat 78 qəpik) manat ödənilməmiş hissə, 28.28 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59590 olan Oppo A18 üçün 74.9 manat ödənilməmiş hissə, 7.49 manat dəbbə pulu olmaqla, ümumilikdə 5183.40 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1362.02 manat əsas; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2201.94 manat əsas; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 464.04 manat əsas; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 326.5 manat əsas; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 282.78 manat əsas; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 74.9 manat əsas borc, dövlət rüsumuna görə 67,86 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1362.02 manat əsas borc, 27 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2201.94 manat əsas borc, 25 manat cərimə, xx.xx.2025ci il tarixli müqaviləyə əsasən 464.04 manat əsas, 9 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 326.5 manat əsas, 7 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 282.78 manat əsas, 5 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 74.9 borc, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 4786,18 manat borc və dövlət rüsumuna görə 67,86 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar