Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-181/2025 03.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “sayğac göstəricisinə və təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “aktın etibarsız hesab edilməsi və 1555,20 manat cərimənin silinməsi” tələbinə dair (Açar sözlər: borcun ödənilməsi; cərimənin silinməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “sayğac göstəricisinə və təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “aktın etibarsız hesab edilməsi və 1555,20 manat cərimənin silinməsi” tələbinə dairqarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “sayğac göstəricisinə və təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehQəbələ rayonu Tüntül kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 343,40 (üç yüz qırx üç manat qırx qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat, cəmi 1898,60 (bir min səkkiz yüz doxsan səkkiz manat altmış qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 38,99 (otuz səkkiz manat doxsan doqquz qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1937,99 (bir min doqquz yüz otuz yeddi manat doxsan doqquz qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh məhkəməyə İddiaçınə qarşı ““aktın etibarsız hesab edilməsi və 1555,20 manat cərimənin silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın sayğac göstəricinə əsasən aparılmış hesabata görə yaranan debitor borc hissədə təmin edilməsi, tərtib edilmiş AKT-a görə verilmiş 1555,20 manat cərimə borcuna görə olan hissəsində isə təmin edilməməsi; cavabdeh İddiaçı Zaqatala X4 İdarəsinin Qəbələ Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 may 2023-cü il tarixli, ******* saylı AKT-ın etibarsız hesab edilməsi və əsassız hesablanmış 1555,20(bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun(cərimə) yaşadığı Qəbələ rayonu, Tüntül kəndindəki adına olan **********04110 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icrrata götürülərək ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala X4ı İdarəsinin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ rayonu Tüntül kəndində Cavabdeh məxsus mənzilində AKX-04805xx/xx-2022 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04110 saylı qaz hesabında ödənilməmiş 1898,60 (bir min səkkiz yüz doxsan səkkiz manat altmış qəpik) manat borc vardır. Cavabdeh məxsus **********04110 saylı qaz hesabında yaranan, tələb olunan 1898,60 manat borcun 343,40 (üç yüz qırx üç manat qırx qəpik) manat hissəsi sayğac göstəricisinə və 1555,20 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 343,40 manat məbləğindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı 10573425 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2) Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1555.20 manat məbləğindəki borc Cavabdeh yaşadığı Qəbələ rayonu Tüntül kəndində yerləşən mənzilində istismarda olmuş G-4 markalı, 10016363 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə oğlunun yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, 10016363 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan 10016363 saylı həmin qaz sayğacı şəbəkədən açılaraq yeni 10573425 saylı qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-5765/Q001 saylı rəydə "sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, sayğac istismara yararsızdır" qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6m orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-ninxx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 12960 m (və ya 1555.20 manat) həcmində müəyyən edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki,o, ilkin iddianı qismən qəbul edir, 343.40 manat məbləğində borcunun olduğunu etiraf edir və həmin borcu da ödəyə bilməməyinin səbəbi kimi işsiz olması, bir müddət özünün xəstəliyi və İİ Qarabağ müharibəsi veteranı olan oğlunun səhhəti ilə əlaqədar müalicə etdirdiyinə görə maddi imkanı olmadığından yaranmışdır. xx.xx.2023-cü il tarixli, ******* №-li AKT-a görə itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə verilən 1555.20 manat borcu isə qəbul etmir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı Zaqatala X4 İdarəsinin Qəbələ Xidmət Sahəsinin əməkdaşları ona məxsus Qəbələ rayonu, Tüntül kəndindəki fərdi yaşayış evindəki istifadədə olan qaz sayğacını yenisi ilə əvəz edərək AKT tərtib edərək köhnə sayğacı aparmışlar. Həmin prosedur zamanı əməkdaşlar tərəfindən tərtib edilən AKT-da sayğacın çıxarılıb dəyişdirilməsinə səbəb kimi sayğacın yenisi ilə əvəzedilməsi olmuşdur. Sayğacın dəyişdirilməsindən sonra sayğacda müdaxilə aşkar olunduğuna görə xx.xx.2023-cü il tarixində İddiaçı Zaqatala X4 İdarəsinin Qəbələ Xidmət Sahəsinin əməkdaşları ona ******* №-li AKT tərtib edərək(onu da qeyd edir ki, o, AKT-ın tərtibindən məlumatsız olmuş və AKT-da olan imza isə ona məxsus deyildir), əlavə olaraq 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc(cərimə) yazılmışdir. Məsələnin nədən ibarət olduğunu öyrənmək məqsədilə Qəbələ Xidmət Sahəsinə getmiş və orada ona qaz sayğacında şübhə yarandığından həmin AKT-1 tərtib etdiklərini söyləmişlər və işlətdiyi təbii qaza görə ödəniş etməyi nəzərinə çatdırmışlar. O isə fərdi yaşayış evlərinə quraşdırılanqaz sayğacına hər hansı müdaxilə etməmişdir. Həmçinin, Metrelogiya Departementi və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-5765/Q001 №-li AKT-na əsasən G-4 markalı 10016363 №-li sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib barədə gəldiyi nəticədən xəbəri olmamış və sayğaca onun iştirakı ilə baxış keçirilməsi baş verməmişdir. Beləliklə, "Azəriqaz" İB-nin Zaqatala RQİİ-nin Qəbələ QİS-nin əməkdaşları tərəfindən 31 may 2023-cü il tarixində tərtib edilmiş ******* №-li AKT-la Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.7, 4.8 və 4.9-cu maddələrinə istinad edərək razılaşmır. Belə ki, göstərilən sayğac ona məxsus ərazidə deyil, küçədə quraşdırılmışdır və birbaşa olaraq onun qorunması abonentin deyil, "Azəriqaz" İB-nin səlahiyyətlərinə aiddir. O, vicdanlı istifadəçi olaraq mütəmadi olaraq sərfiyyata görə pul ödəmiş və Qəbələ QİS-nin əməkdaşları tərəfindən həmin sayğaca mütəmadi olaraq baxış keçirilmişdir. Bu o deməkdir ki, həmin sayğac qaz xəttinin üzərinə quraşdırıldıqdan sonra kənardan heç bir müdaxilə əsasında zərər görməmişdir. Ona görə də hesab edir ki, X5 Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı AKT qanunsuz və əsassızdır, ona görə də həmin AKT ləğv olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-in nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən ilkin iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun çıxış edib, ilkin iddianın sayğac göstəricisinə əsasən aparılmış hesabat əsasən hesablanmış borca aid hissədə təmin edilməsinə etiraz etmədiklərini, ilkin iddianın qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının və onun vəkilinin izahatlarını dinləyib,mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan İddiaçı İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli,0387263 nömrəli aktının surətindən görünür ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 31may 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, İddiaçı İB-nə 12960 m3 ziyan dəymişdir. Eyni zamanda G-4 markalı 10016363 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən olunmuşdur.Nəticədə təbii qaz itkisi yaranmışdır. Mövcüd sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi planlaşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 15 may 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, əvvəlki sayğac yoxlamağa göndərildiyi üçün yeni G-4 markalı, 10573425 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli 14- 2-2/3-5-5765/Q00` saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi müəyyən olunmuşdur. İş materiallarında olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə üzrə paylayıcı adlanacaq İddiaçı İB şəxsində bir tərəfdən və bundan sonra istehlakçı adlanacaq Cavabdeh müqavilə aşağıdakı şərtlərlə bağlamışlar, paylayıcı bu müqavilə müəyyən edilmiş şərtlərə uğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1-ci maddəsinə əsasən isə Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqavilənin: 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərilikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ilkin İddiaçı cavabdeh İstehsalat Birliyi Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən və sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borcları tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən hesablanmış borcun silinməsini tələb edir. Məhkəmə ilkin İddiaçı Cavabdeh qarşı sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borcun ödənilməsi tələbinə dair məhkəmə aşağıdakıları qeyd edir: Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili təbii qazla təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən həmin xidmət üzrə borc yaranmış və təbii qazdan istifadəyə görə borcun 343,40 manat olması müəyyən edilmişdir. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsindən müəyyən olunur ki, Cavabdeh qaz hesabında ödənilməmiş 1898,60 manat borc vardır, həmin borcun 343.40 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 1555.20 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili qaz enerjisi ilə təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən, təbii qazdan istifadəyə görə borcun 343.40 manat olması müəyyən edilmişdir. Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili təbii qaz ilə təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən həmin xidmət üzrə borc yaranmış və təbii qazdan istifadəyə görə borcun 343.40 manat olması müəyyən edilmişdir. Məhkəmə iclasında da Cavabdeh həmin məbləğ ilə razı olduğunu bildirmişdir. Bu səbəbdən həmin məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi və ilkin iddiaçının təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən borc tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə iclasında iş materialları müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Yoxlama zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi, sayğac istismara yararsızolması müəyyən olunmuşdur. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ilkin iddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1555.20 manat məbləğindəki borc Cavabdeh yaşadığı Qəbələ rayonu Tüntül kəndində yerləşən mənzilində istismarda olmuş G-4 markalı, 10016363 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə oğlunun yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, 10016363 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan 10016363 saylı həmin qaz sayğacı şəbəkədən açılaraq yeni 10573425 saylı qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2023cü il tarixli, 14-2-2/3-5-5765/Q001 saylı rəydə "sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, sayğac istismara yararsızdır" qeyd edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə məhz həmin hissədə borcu mübahisələndirməkdədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, Cavabdeh tərəfindən sаyğаca hər hаnsı müdаxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə belə hesab edir ki, Cavabdeh törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda yerləşir. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan iddiaçı daşıdığından həmin sayğaca müdaxilə edilməsinə görə Cavabdeh barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı G-4 markalı, 10016363 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilsə də, həmin pozuntunun məhz Cavabdeh səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyəti Cavabdeh deyil, İddiaçı İB özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə Cavabdeh təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi İddiaçı İB tərəfindən həyata keçirilməli olduğundan, 1555.20 manat məbləğində müəyyən edilmiş maddi ziyanın Cavabdeh tutulması barədə ilkin iddia tələbi təmin edilməməli, 1555.20 manat məbləğində müəyyən edilmiş maddi ziyanın silinməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təbii qazdan qeyriqanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış 1555.20 manat borca aid hissədə təmin edilməmə, 1555.20 manat məbləğində müəyyən edilmiş maddi ziyanın silinməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməlidir. Eyni zamanda məhkəmə qarşılıqlı iddia üzrə 31 may 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan akt ilə məsuliyyət müəyyən edilmədiyindən, həmin akt məlumat xarakteri daşımaqla qarşılıqlı iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb olmadığından və özündə yalnız qüsurları müəyyən etdiyindən aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının aktın etibarsız hesab edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından qarşılıqlı iddia 31 may 2023-cü il tarixli, ******* saylıaktın etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “sayğac göstəricisinə və təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh, Qəbələ rayonu, Tüntül kəndində yaşayan Cavabdeh 343,40 (üç yüz qırx üç manat qırx qəpik) manat sayğac göstəricisinə əsasən yaranmış borc tutularaq İddiaçı hesabına ödənilsin. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “aktın etibarsız hesab edilməsivə 1555,20 manat cərimənin silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən edilsin. İddiaçı Zaqatala X4 İdarəsinin Qəbələ xidmət sahəsinin əməkdaşları tərəfindən Cavabdeh abonent koduna vurulmuş 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-181/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-181/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver