Məhkəmə qərarları › İş №e-2(025)-1854/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1854/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1854/2024 26.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X2 İddiaçı Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB Cavabdeh qarşı “debitor borcun ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xeyrinə 1971,25 manat əsas borc, 39,72 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 2011,37 (iki min on bir manat otuz yeddi qəpik) manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan elektron informasiya mənbəyinin məlumatına əsasən Cavabdeh Sumqayıt şəhəri, 13-cü Mikroryon, ev 24B, mənzil 25-də qeydiyyata alınmışdır. AR MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə hesab edir ki, iş üzrə Cavabdeh Sumqayıt şəhəri, 13-cü Mikroryon, ev 24B, mənzil 25-də daimi qeydiyyata alındığına görə işə Qəbələ rayon məhkəməsində baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı İB-nin Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair idida ərizəsi geri qaytarılsın. İddiaçı İB tərəfindən X1 hesabına ödənilmiş 40,12 (qırx manat on iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar