Məhkəmə qərarları › İş №e-2(025)-1881/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1881/2025

14.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1881/2025 14.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, İddiaçı cavabdeh Abdullayeva Zəkı̇ yə Qüdrət qızına qarşı "kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi" tələbi barədə ərizəsinə dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Abdullayeva Zəkı̇ yə Qüdrət qızına qarşı "kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, ƏMDX DƏDKR X2 xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********13-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,212 ha yaşayış məntəqələri torpaqları və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 161 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh istifadə hüququna 8.000 (səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verib iş üzrə cavabdeh Abdullayeva Zəkı̇ yə Qüdrət qızının xx.xx.2025-ci il tarixdə vəfat etdiyini göstərmiş və işin baxılmamış saxlanılaraq sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya sisteminin məlumatına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. AR MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Abdullayeva Zəkı̇ yə Qüdrət qızına qarşı "kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Abdullayeva Zəkı̇ yə Qüdrət qızına qarşı "kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi" tələbi barədə ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar