Məhkəmə qərarları › İş №e-2(025)-193/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-193/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-193/2025 04.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 706.08 manat əsas borc, 211.82 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 528.66 manat əsas borc, 158.60 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 343.30 manat əsas borc, 102.99 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 116.50 manat əsas borc, 34.95 manat cərimə borcu olmaqla, ümumilikdə 2202.90 manat borc və 42.03 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixlərindəki müqavilələrə əsasən HOFFMANN TV, NAQİLSİZ TOZSORAN HOFFMANN, ÜTÜ GENERATOR TEFAL EXPRESSEXPRESS MİNİ, İMEİ KODU **********69373 OPPO A58 markalı telefo, nSU QİZDİRİCİ ARİSTON PRO1 R almış və nəticədə 2202.90 (iki min iki yüz iki manat, 90 qəpik ) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 706.08 (yeddi yüz altı manat, səkkiz qəpik) manat (24 ay x 29.42 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN TV üçün ümumilikdə 917.90 (doqquz yüz on yeddi manat, doxsan qəpik) manat olmaqla ondan, 706.08 (yeddi yüz altı manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, 211.82 (iki yüz on bir manat, səksən iki qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 528.66 (beş yüz iyirmi səkkiz manat, altmış altı qəpik) manat (18 ay x 29.37 manat + 0 manat ilkin ödəniş) olan NAQİLSİZ TOZSORAN HOFFMANN, ÜTÜ GENERATOR TEFAL EXPRESS EXPRESS MİN üçün 687.26 (altı yüz səksən yeddi manat, iyirmi altı qəpik) manat olmaqla ondan, 528.66 (beş yüz iyirmi səkkiz manat, altmış altı qəpik) manat ödənilməmiş hissə, 158.60 (yüz əlli səkkiz manat, altmış qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 688.86 (altı yüz səskən səkkiz manat, 86 qəpik) manat (18 ay x 38.27 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********69373 OPPO A58 markalı telefonüçün 446.29 (dörd yüz qırx altı manat, 29 qəpik) manat olmaqla ondan 343.30 (üç yüz qırx üç manat, 30 qəpik) manat ödənilməmiş hissə, 102.99 (yüz iki manat, 99 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 524.52 (beş yüz iyirmi dörd manat, 52 qəpik) manat (18 ay x 29.14 manat + 0 manat ilkin ödəniş) SU QİZDİRİCİ ARİSTON PRO1 üRçün 151.45 (yüz əlli bir manat, 45 qəpik) manat olmaqla ondan 116.50 (yüz on altı manat, 50 qəpik) manat ödənilməmiş hissə, 34.95 (otuz dörd mnat, 95 qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 753.58 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 02 iyul 2024-cü il tarixli 15951775 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 706.08 manat dəyərində olan Hoffmann tv-ni nisyə almışdır. İşdə olan 02 iyul 2024-cü il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 528.66 manat dəyərində olan naqilsiz tozsoran hoffmann, ütü generator tefal expresse minini nisyə almışdır. İşdə olan 21 sentyabr 2023-cü il tarixli ******* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 688.86 manat dəyərində olan İMEİ KODU **********69373 OPPO A58 markalı telefonu nisyə almışdır. İşdə olan 01 aprel 2023-cü il tarixli 19191010 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 524.52 manat dəyərində olan su qızdırıcı ariston pro1 r-i nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 02 iyul 2024-cü il tarixli 15951775 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 29.42 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 02 iyul 2024-cü il tarixli ********* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 29.37 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 21 sentyabr 2023-cü il tarixli ******* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 38.27 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 01 aprel 2023cü il tarixli 19191010 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 29.14 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 02 iyul 2024-cü il tarixli 15951775 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 706.08 manat borc, 211.82 manat cərimə, 02 iyul 2024-cü il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 528.66 manat borc, 158.60 manat cərimə, 21 sentyabr 2023-cü il tarixli ******* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 343.30 manat borc, 102.99 manat cərimə, 01 aprel 2023-cü il tarixli 19191010 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 116.50 manat borc, 34.95 manat cərimə olmaqla, ümumilikdə 2202.90 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 02 iyul 2024-cü il tarixli 15951775 nömrəli müqavilə üzrə 706.08 manat əsas, 02 iyul 2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 528.66 manat əsas, 21 sentyabr 2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə 343.30 manat əsas, 01 aprel 2023-cü il tarixli 19191010 nömrəli müqavilə üzrə 116.50 manat əsas borc, dövlət rüsumuna görə 37 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02 iyul 2024-cü il tarixli 15951775 nömrəli müqavilə üzrə 706.08 manat əsas, 7 manat cərimə, 02 iyul 2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 528.66 manat əsas, 5 manat cərimə, 21 sentyabr 2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə 343.30 manat əsas, 3 manat cərimə, 01 aprel 2023-cü il tarixli 19191010 nömrəli müqavilə üzrə 116.50 manat əsas, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 1710.54 (bir min yeddi yüz on manat əlli dörd qəpik) manat borc və dövlət rüsumuna görə 37 (otuz yeddi) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar