Məhkəmə qərarları › İş №e-2(025)-296/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-296/2025

16.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-296/2025 16.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Dızaxlı kənd sakini, birinci dərəcəli əlil X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X10 xx.xx.1979-cu il tarixdə Qəbələ rayonunun Dızaxlı kəndində doğulmuşdur. Qardaşı Rəşad anadan qüsurlu doğulmuşdur. Müəyyən (45 yaş həddindədir) yaş həddinə çatmasına baxmayaraq əmək qabiliyyəti yoxdur. Gündəlik fəaliyyətində kənar şəxslərin qulluğuna ehtiyacı var. Qüsurlu doğulduğundan məktəbə göndərilməmiş, təhsil almamışdır. Hərbi xidmət yaşı çatanda hərbi xidmətə çağrılmamışdır. Birinci dərəcəli əlildir, diaqnozu qıcolma tutmaları. Müddətsiz əlillik verilib. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Hazırki dövrə kimi X1nın himayəsində olub. xx.xx.2024-cü il tarixdə anasının ölümündən sonra 1-ci qrup əlil qardaşı X10 onun himayəsindədir. 1-ci qrup əlil olmaqla onun gündəlik dərman tələbatını dövlət hesabına almaq üçün ona rəsmi qaydada himayəçi təyin olunmalıdır. Ona görə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Qeyd etdiyi səbəblərə görəq ardaşı 1-ci qrup əlil X4 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qutqaşen rayonu Dızaxlı kənd soveti tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, İV-ЖГ seriyalı, 406640 №-li “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçixx.xx.1977-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1977-ci ildə 15 № ilə qeyd edilmişdir. X1, atası X8r. İş materiallarında olan Qutqaşen rayonu Dızaxlı kənd soveti tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli, Vİ-ЖГ seriyalı “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X10xx.xx.1979-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu ildə 52 № ilə qeyd edilmişdir. X1, atası X8r. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04.10.2-24-cü il tarixli, 5-59-52/2- 126-2024 nömrəli arayışda göstərilmişdir ki, X10 hal-hazırda Qəbələ rayonu Dızaxlı kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən görünür ki, X10 “oliqofreniya, imbesillik səviyyəsində, qıcolma tutmaları” diaqnozu ilə müddətsiz 1-ci dərəcəli əlildir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X9 verilmiş 13 fevral 2025-ci il tarixli, 18-1-52/2-378/2025 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatda olan, xx.xx.1979-cu il təvəllüdlü X2 RMX-ya heç bir xəstəliklə bağlı müraciət etməmişdir, adına tibbi sənəd açılmamışdır. Qəbələ Rayon Məhkəməsinin 27fevral 2025-ci il tarixli, e-2(025)-296/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X10 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X4öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 1068 saylırəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur.Yoxlanılan şəxs X10 xx.xx.1979-cu il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. İrsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb. Valideynləri qohum deyil. Ailədə altı uşaqdır. Anadan olarkən daun sindromu ilə doğulmuşdur. İlkin psixofiziki inkişafı həmyaşıdlarına nisbətən xeyli geri qalmışdır. Heç bir təhsil almamışdır. Körpə yaşlarında uşaq nevropatoloqunun, sonradan isə yaşayış yeri üzrə psixiatrik qeydiyyata düşmüş, ona müvafiq müalicələr təyin edilmişdir. Əqli geriliklə əlaqədar məktəbdə oxumamış, hərbi xidmətdən azad edilmiş, psixi vəziyyəti ilə əlaqədar İ qrup əlil hesab edilmişdir. Əqli geriliyi, hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması bildirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının elektron arayışından məlum olur ki, X10 "Oliqofreniya. İmbesillik dərəcəsində qıcolma tutmaları ilə" diaqnozu ilə birinci dərəcəli əlil hesab olunur. Yoxlanılan şəxsin obyektiv müayinəsi onun vəziyyətinin somatik, nevroloji və psixi cəhətdən qiymətləndirilməsindən ibarətdir. Şikayətləri: Səhhətindən şikayəttəqdim edə bilmir. Somatik statusu: Zahiri görkəmində Daun sindromuna xas olan əlamətlər qeyd olunur. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevrolojistatusu. Mərkəzi sinir sistemi tərəfindən dəyişiklik əlamətləri qeyd edilir. Strabizm müşahidə olunur. Psixi statusu: Zahirən passiv görünür. Ətrafında baş verən hadisələrə maraq göstərmir. Kontakta çətin daxil olur. Verilən sualların əksəriyyətini anlamır, anlaşılmaz sözlər deyir. Söz ehtiyatı son dərəcə məhduddur. Müayinə zamanı diqqəti asanlıqla yayınır. Elementar biliklərə malik deyil. Yaddaş və intellekt funksiyaları aşağıdır. Emosional iradi funksiyaları enib. Öz vəziyyətinə qarşı tənqid aşkar etmir. Nəticə hissəsi: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X5 "DAUN SİNDROMU NƏTiCƏSİNDƏ YARANAN AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİk (İMBESİLLİK DƏRƏCƏSİNDƏ)" (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar (daun sindromu ilə doğulması, erkən yaşlarından psixofiziki inkişafda xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən "Oliqofreniya. İmbesillik dərəcəsində qıcolma tutmalar ilə" diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması və s.), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualların əksəriyyətini anlamaması, anlaşılmaz sözlər dəməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X5 daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik müəyyən edilir. Yoxlanılan şəxs X10psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. R.N.Alşanov psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 1068 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X4öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1979-cu ildə Qəbələ rayonu Dızaxlı kəndində anadan olmuş, Qəbələ rayonu Dızaxlı kəndində qeydiyyatda olan və yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu ildə Qəbələ rayonu Dızaxlı kəndində anadan olmuş, Qəbələ rayonu Dızaxlı kəndində qeydiyyatda olan və yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar