Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-321/2025 29.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi Cavabdeh2 məxsus «Opel Vita» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 idarə etdiyi “X7” markalı, **- KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olduğunu və sığorta hadisəsi ilə əlaqədar cəmi 2490,00 manat məbləğində sığorta ödənişi verildiyini bildirib cavabdehlərdən müştərək qaydada cəmi 2490,00 manat məbləğində sığorta ödənişi və 45,00 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 27 noyabr 2023-cü il tarixli Qiymətləndirmə aktının surətinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində “X7” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərər cəmi 1980,00 manat məbləğində müəyyən edilmişdir. İşdə olan PXA160171nömrəli Sığorta Aktının surətinə əsasən PXA********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2022-xx.xx.2023 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış «X8» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində baş vermiş sığorta hadisəsində “X7” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar dəymiş zərər 1980,00 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 990,0 manat təşkil etmişdir. İşdə olan PXA160173 nömrəli Sığorta Aktının surətinə əsasən PXA********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2022-xx.xx.2023 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış «Opel Vita» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində baş vermiş sığorta hadisəsində X1 az ağır dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar dəymiş zərər 1500,0 manat məbləğində müəyyən edilmiş, İsmayılova Günel Əlibaba qızının sığorta ödənişi 750,00 manat təşkil etmişdir. İşdə olan PXA160310 nömrəli Sığorta Aktının surətinə əsasən PXA********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2022-xx.xx.2023 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış «Opel Vita» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində baş vermiş sığorta hadisəsində X1 az ağır dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar dəymiş zərər 1500,0 manat məbləğində müəyyən edilmiş, İsmayılov Səxavət Musa oğlunun sığorta ödənişi 750,00 manat təşkil etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 2869 nömrəli Ödəniş tarşırığının surətinə əsasən "xxxx" Şirkəti PXA160171 saylı Sığorta Aktına əsasən X4 990,0 manat ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 1270 nömrəli Ödəniş tarşırığının surətinə əsasən "xxxx" Şirkəti PXA160173 saylı Sığorta Aktına əsasən İsmayılova Günel Əlibaba oğluna 750,0 manat ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 1269 nömrəli Ödəniş tarşırığının surətinə əsasən "xxxx" Şirkəti PXA160310 saylı Sığorta Aktına əsasən İsmayılov Səxavət Musa oğluna 750,0 manat ödəmişdir. İşdə olan Qəbələ RPŞ-nin xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətinə əsasən xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində Cavabdeh1 sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi «Opel Vita» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 idarə etdiyi “X7” markalı, **- KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. YNH Cavabdeh1 “Yol hərəkəti haqqında” AR Qanunun 42-ci maddəsinin 9cu hissəsinin tələblərini pozması səbəbindən baş vermiş və nəticədə X2 az ağır dərəcəli bədən xəsarətləri almışdır. İşdə olan Qəbələ RPŞ-nin xx.xx.2024-cü il tarixli TP6242082 №-li !İnzibati tənbeh vermə haqqında” qərarının surətinə əsasən xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində Cavabdeh1 sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi «Opel Vita» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 idarə etdiyi “X7” markalı, **- KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsinə görə Cavabdeh1 AR İXM-nin 327.2 və 332.3-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qnunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh2 məxsus olan «Opel Vita» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildən Cavabdeh1 etibarnamə əsasında istifadə hüququ olduğundan mülkiyyətçiyə qarşı subroqasiya hüququ yaranmır. Ona görə də, Cavabdeh1 2490 manat sığorta ödənişi və 45,0 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh1 2490,0 (iki min dörd yüz doxsan) manat sığorta ödənişi və 45,0 ( qırx beş) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-321/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-321/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver