Məhkəmə qərarları › İş №e-2(025)-334/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-334/2024

09.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-334/2024 09.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib, xx.xx.2001-ci il təvəllüdlü X14 və xx.xx.2005-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X10 iddiasını onunla əsaslandırmışdır ki, o Qəbələ rayonunun Dızaxlı kəndində yaşayır əri və Daşdəmirov Səlimlə fərdi təsərrüfatla məşqul olurlar. Qızları X1 ərə getmiş və əri X16 22 may 2005-ci il tarixdə vəfat etmişdir. Qızlarının əri ilə olan birgə nikahlarından 23 may 2001-ci il tarixdə X23 və 26 sentyabr 2005-ci il tarixdə X19 adlı iki uşaqları olmuşdur. X3 əri vəfat etdiyinə görə uşaqları onların himayələrinə verərək ərə getmiş və uşaqlar hazırda onun himayəsindədir. Uşaqlarda, yəni X23 və X11 psixi-fiziki ləngimə getdiyinə görə Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 02 sentyabr 2013-cü il tarixli, 75 saylı sərəncamına əsasən onun himayəçiliyinə verilmişdir. Onu da qeyd edir ki, X23 2001-ci ildən, X19 2005-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X27 qeydiyyatdadırlar. Həmçinin qeyd edir ki, hər iki uşaq 25 sentyabr 2013-cü ildən xəstə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qəbələ rayon şöbəsində qeydiyyata alınıb və güzəşt və imtiyazlardan istifadə etmişdir. Onların hüquqlarını o həyata keçirmişdir. Lakin 18 yaşları tamam olduğuna görə daha hüquqlarını həyata keçirə bilmir, ona görə də onlar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Təəssüf hissi ilə qeyd edir ki, onlar “Qəbələ RMX” RHŞ-nin Poliklinka şöbəsinin psixiatrik şöbəsində qeydiyyata alınmamışlar. Lakin təqdim etdiyim bütün sənədlərlə təsdiq edilir ki, hər iki uşaqda əqli gerilik vardır və özləri öz hüquqlarını həyata keçirmək imkanında deyildirlər. Ona görə də onlar məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilməlidirlər. İşdə olan 12 avqust 2023-cü il tarixli 3-16-5/7-D-6xx-xx/2023 nömrəli arayışın surətinə əsasən X7 doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X6 Rəhim Məmməd oğlundan törəmişdir. İşdə olan 12 avqust 2023-cü il tarixli 3-16-5/7-D-6xx-xx/2023 nömrəli arayışın surətinə əsasən X7 doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X5 Rəhim Məmməd oğlundan törəmişdir. İşdə olan Qəbələ ƏSMM tərəfindən verilmiş 083669 nömrəli vəsiqənin surətinə əsasən uşaqlıqdan əlil olan X19 xx.xx.2013-cü il tarixdən İ qrup əlildir. İşdə olan Qəbələ ƏSMM tərəfindən verilmiş 083668 nömrəli vəsiqənin surətinə əsasən uşaqlıqdan əlil olan X23 xx.xx.2013-cü il tarixdən İ qrup əlildir. İşdə olan AR SN-yi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in 10.052024-cü il tarixli, 1329 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X11 dərin əqli gerilik uşaq serebral iflici (F73) qeyd olunur. Bunu anamnestik məlumatlar - psixi inkişafda geri qalması, kobud nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, X8, müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-kobud nevroloji əlamətlərin qeyd olunması, sualları başa düşməməsi, ünsiyyətə daxil ola bilməməsi, davranışına nəzarət etməməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. X19 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X19 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. İşdə olan AR SN-yi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in 10.052024-cü il tarixli, 1328 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X17 ağır əqli gerilik uşaq serebral iflici (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar – körğəlikdən nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda xeyli geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X27 müalicədə olması, xəstəliyi ilə əlaqədar əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – kobud nevroloji əlamətlərin qeyd olunması, ünsiyyətə çətin daxil olması, söz ehtiyatının son dərəcə kasadlığı, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının qeyri – adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X23 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X14 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. AR Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. AR MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, xx.xx.2001-ci il təvəllüdlü X23 və xx.xx.2005-ci il təvəllüdlü X19 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. 23 may 2001-ci ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş X23 və 22 avqust 2005-ci ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş X19 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar