Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-35/2025 09.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X44 Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik haqqında şəhadətnaməyə əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik payının tanınaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik haqqında şəhadətnaməyə əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik payının tanınaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər X44 Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik haqqında şəhadətnaməyə əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik payının tanınaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X44 Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik haqqında şəhadətnaməyə əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik payının tanınaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlaka cavabdeh X11 adına 2V-706 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X11 adına verilmiş ünvan 2 ünvanında yerləşən əmlaka dair çıxarışın ləğv edilməsi, ünvan 3vanında yerləşən əmlaka vərəsəlik hüququnun tanınması və 2/1 hissəsi üzrə miras payının müəyyən edilməsi və 2/1 hissədə miras payına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon notariat kontorunun üzərinə qoyulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X3 doğma qızıdır. Atası xx.xx.2006-ci ildə vəfat etmişdir. Hazırda o, mərhuma məxsus ünvan 4 ünvanında yerləşən əmlak üzrə vərəsəlik işi açılmışdır ki, onu həmin işə cəlb etməmişlər. Qəbələ ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə dəfələrlə müraciət etsə də, heç bir məlumat verilməmişdir. Hazırda imtina məktubu təqdim etmişlər və bu səbəbdəb məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq,arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı onların əvvəlki torpaqlarını, evlərini də əllərindən alıb, indi də iddia qaldırıb ki, pay istəyir. İddiaçı əsassız olaraq onları evlərindən, həyətlərindən çıxartmaq istəyir və onlara qarşı düşmənçilik edir. Nurlan dediyi insan onun qardaşı oğludur, iddiaçının da doğma qardaşı oğludur və heç nəyi ələ keçirməmişdir. Onların 6 sot olan yerləri heç yaşayış üçün əlvərişli deyil ki, oradan pay istəsin. Pay torpağın şəhadətnaməsində idddiaçının heç adı yoxdur. Ataları rəhmətə gedənə kimi hamısı üçün pay müəyyən edib, yer ayırmışdır. İddiaçının özünün evi də, mağazası da var. İddia etdiyi əmlaka ehtiyacı yoxdur. Həmin evdə o, qardaşı, bacısı və bacısı uşaqları birlikdə yaşayırlar, özlərinin qalmağa yerləri yoxdur. Başlarına yağış yağır. İddiaçı isə tək yaşayan insandı, özünün torpağı, hər şeyi var. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda qeyd etdi ki, iddiaçının mübahisələndirdiyi 2V-706 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin Nurlanın mülkiyyətində olan fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur. Belə ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi Nurlanın adına vərəsəliklə deyil “bağışlama müqaviləsi” ilə keçmişdir.. İş üzrə cavabdeh Qəbələ regional «Asan xidmət» mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. İş üzrə cavabdeh Qəbələ Regional «Asan xidmət» mərkəzində Notarait Ofisinin notariusu Tamerlan Qurban19dekabr 2024-cü il tarixdə məhkəməyə 4362 saylı məktubla müraciət edərək xx.xx.2025-ci il tarixdə təyin olunmuş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə cavabdeh Qəbələ regional «Asan xidmət» mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdəverilmiş AZ-İİ seriyalı 272863 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12xx.xx.2006-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-ci il tarixdə 44 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 067192 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9xx.xx.1980-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 43 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli, 05/238 nömrəli arayışdan görünür ki, X12 ilə X7 17 noyabr 1987-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 87 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əbdürəhimov, arvada Əbdürəhimova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli, 05/240 nömrəli arayışdan görünür ki, X12 ilə X13 09mart 1981-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əbdürəhimov, arvada Əbdürəhimova soyadı verilmişdir. İş materiallarında olan 24 yanvar 1961-ci il tarixdə verilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuş, atası X12, anası X4r. İş materillarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli, 05/239 nömrəli arayışdan görünür ki, X12 ilə X21 01 fevral 1957-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əbdürəhimov, arvada Əbdürəhimova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X14 tərəfindən 18oktyabr 2023-cü il tarixdə, 4Ə-1957 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nin surətindən görünür ki, X15, X18 və X2 şəhəri, Bakıxanov küçəsi, ev 3 ünvanında yerləşən, ümumi sahəsi 130.3 kv/m, yaşayış sahəsi 74.3 kv/m, yardımçı sahəsi 56 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin birgə mülkiyyət üzrə onlara məxsus hissəni X19 bağışlamışlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin qeydiyyat tarixi xx.xx.2023, daşınmaz əmlakın reyestr nömrəsi **********15-10301 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələri torpaqları və ümumi sahəsi 130.3 kv.m olan xüsusi mülkiyyət X16 adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələri torpaqları və ümumi sahəsi 130.3 kv.m olan fərdi yaşayış evi "xxxx" QSC-nin xeyirinə 2022-ci il 29 iyul tarixli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən göndərilmiş notarius işinə əlavə olunan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş, xx.xx.1931-ci il təvəllüdlü X5 adına 660 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vərəsəlik işi açılmış və əmanət kitabçasında olan pul məbləğinə dair 2V-706 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 11iyul 2024-cü il tarixli, 2041 nömrəli məktubdagöstərilmişdir ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka Qəbələ şəhərində yerləşən torpaq sahəsinə dair mirasın qəbulu ilə bağlı müddətin olmamasını nəzərə alaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Qəbələ regional "ASAN xidmət" mərkəzində notariat ofisinə təqdim edilmiş ərizəyə baxılmışdır. X5 adına açılmış xx.xx.2012-ci il tarixli 660 nömrəli vərəsəlik işi üzrə Cavabdeh2 tam pay olmaqla 2V- 706 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə vərəsəlik hüququ tanınmışdır. Qəbələ Rayon Məhkəməsinin icraatında olan 2(025)-1710/2023 nömrəli iş üzrə məhkəməyə qeyd edilən vərəsəlik işinə dair sənədlər təqdim edilmiş, məhkəmə miras qəbul etmək üçün müddəti hər hansı üzürlü səbəb olmadan ötürdüyü səbəbindən xx.xx.2024-cü il tarixli, 2(025)-104/2024 nömrəli qətnaməsi ilə iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Qərarına uyğun olaraq vərəsəlik hüququnun rəsmiləşdirilməsinə dai Qəbələ regional "ASAN xidmət" mərkəzində notariat ofisinə xx.xx.2024-cü il tarixdə təqdin edilmiş ərizə xx.xx.2024-cü il tarixli 605 nömrəli məktubla cavablandırılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)- 104/2024 nömrə qətnaməsindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)598/2024 nömrəli Qərarında Azərbayca Respublikası Mülki Məcəlləsində vərəsənin mirası qəbul edə bilməsi üçün hər hansı bir məhdudlaşdırıcı müddət olmadığı üçün mövcud olmayan bir müddətin bərpa edilməsi dair müzakirə predmetini təşkil edə bilməməsi qənaətinə gələrək 2(025)-104/2024 nömre qətnamə ləğv edilməklə mülki işin icraatına xitam verilmişdir. Odur ki, X1 qalmış miras əmlakla bağlı mübahisə açmaq, vərəsəlik şəhadətnaməsi ləğv edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, mərhum X10 İddiaçı atasıdır. X12 xx.xx.2006-ci ildə ölmüşdür. Həsən Əbdürəhimov ölən zaman onun mülkiyyətində ailə üzvləri X22, X17, X23 və X24 ilə ümumi birgə mülkiyyətlərində Qəbələ şəhərində 0,07 ha həyətyanı torpaq sahəsi olmuşdur. (JN-1265 F, kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) İddiaçı hal-hazırda ünvan 1 ünvanında yerləşən əmlaka cavabdeh X11 adına 2V-706 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsini, X11 adına verilmiş Qəbələ rayonu, Bakixanov küçəsi, ev 1 ünvanında yerləşən əmlaka dair çıxarışın ləğv edilməsini, ünvan 3vanında yerləşən əmlaka vərəsəlik hüququnun tanınması və 2/1 hissəsi üzrə miras payının müəyyən edilməsi və 2/1 hissədə miras payına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında xx.xx.2006-cı il tarixdə vəfat etmiş, xx.xx.1931-ci il təvəllüdlü X5 adına 660 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vərəsəlik işi açılmış və əmanət kitabçasında olan pul məbləğinə dair 2V-706 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən etibarsız hesab olunması tələb edilən 2V-706 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməX5 əmanət kitabçasına olan pul məbləği ilə bağlı olmuşdur. Yəni iddiaçının iddia etdiyi kimi 2V-706 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhum Həsən Əbdürəhimovdan miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh2 adına keçməmişdir. Göründüyü kimi İddiaçı 2V-706 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına dair məhkəməyə heç bir sübut təqdim etməmiş və məhkəmə araşdırması zamanı işin araşdırılan halları ilə belə bir əsas müəyyən edilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının vərəsəlik hüququ tanınmasını və miras payının müəyyən edilməsini tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi ünvan 7 ünvanı deyildir. Həmçinin iddiaçının vərəsəlik payının müəyyən edilməsini tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh2 deyil, X16 adına qeydiyyata alınmışdır və həmin 0,06 ha yaşayış məntəqələri torpaqları və ümumi sahəsi 130.3 kv.m olan fərdi yaşayış evi ünvan 6 ünvanında yerləşməkdədir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının miras payının müəyyən edilməsini tələb etdiyi ünvan 6 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, **********15-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X16, X6, X8 və X20 ümumi birgə mülkiyyətinə verilmişdir. Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X14 tərəfindən 18 oktyabr 2023cü il tarixdə, 4Ə-1957 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nə əsasən isə X15, X18 və X2 şəhəri, Bakıxanov küçəsi, ev 3 ünvanında yerləşən, ümumi sahəsi 130.3 kv/m, yaşayış sahəsi 74.3 kv/m, yardımçı sahəsi 56 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin birgə mülkiyyət üzrə onlara məxsus hissəni X19 bağışlamışlar. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının miras payının müəyyən edilməsini tələb etdiyi ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 130.3 kv/m, yaşayış sahəsi 74.3 kv/m, yardımçı sahəsi 56 kv/m olan 4 otaqlı fərdi yaşayış evi X16 mülkiyyətinə 2V-706 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında keçməmişdir. İddiaçı isə 2V-706 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi əsasında dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin qeyd olunan və sadalanan hallarını, qanunvericiliyin tələblərinə görə sübutetmə vəzifəsinin tərəflərin üzərinə düşməsini nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və buna görə də təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı vərəsəlik haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinin pozulması ilə verildiyini göstərsə də, lakin onun həmin dəlilləri məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmamışdır. Vərəsəlik haqqında şəhadətnamə ləğv edilmədiyindən iddia tələbinin çıxarışın ləğv edilməsi İddiaçı vərəsəlik hüququnun tanınması və ½ hissə payının müəyyən olunması hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X44 Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik haqqında şəhadətnaməyə əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik payının tanınaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər X44 Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik haqqında şəhadətnaməyə əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik payının tanınaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-35/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-35/2025
09.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver