Məhkəmə qərarları › İş №e-2(025)-361/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-361/2024

21.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-361/2024 21.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 mart 1958-ci il tarixdə Qəbələ rayonu, Kiçik Pirəli kəndində anadan olmuş, Qəbələ rayonu, Kiçik Pirəli kəndində qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 ilə anası X15 1952-ci il martın 15 də nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından onunla birlikdə 5 övladı olmuşdur. X1 08 dekabr 2010-ci il tarixdə və anası X15 28 mart 2013-cü il tarixdə Qəbələ rayonu kiçik Pirəli kəndində vəfat etmişdir. Hazırda xəsdə qardaşı onun himayəsində yaşayır. X2 Qəbələ RMX-nın poliklinika şöbəsində ağır dərəcəli Oliqofreniya imbesillik diaqnozu ilə qeydiyyatdadır. Həmçinin qardaşı Qismət İ qrup əlil olmaqla pensiya alır. X3 xəstəliyi ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacı vardır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Odur ki, qardaşım X8 öz hərəkətlərini mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyətli olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 12 may 1958-ci il tarixli, 615044 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1958-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci ildə 65 № ilə qeyd edilmişdir. İş materiallarında olan AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X8 xx.xx.2006-cı il tarixdə müayinə edilərək "Oliqofreniya,imbesillik dərəcəsində. Keçirilmiş polimielitin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Sağ tərəfli nefroektomiyadan sonrakı vəziyyət" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Kiçik Pirəlli kənd İnzibati Ərazi Dairəsi tərəfindən xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Ərizəçi və X12 Qəbələ rayon Kiçik Pirəlli kəndində qeydiyyatdadır və hal-hazırda Qəbələ rayon Kiçik Pirəlli kəndində yaşayırlar. İş materiallarında olan AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X16 "kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, spastik tetraparezlə" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(025)-361/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X8 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X5 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 2165 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur. Yoxlanılan şəxs xx.xx.1958-ci il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş zədəsi ilə anadan olmuş, erkən uşaqlıq dövründən başlayaraq yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalmış, nitqi zəif inkişaf etməklə qeyriaydın olmuş, davranış pozuntusu biruzə verdiyi üçün müalicədə olmuşdur. Xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, narahatlığı, hərdən fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması bildirilir. Mülki işə əlavə edilmiş AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X8 xx.xx.2006-cı il tarixdə müayinə edilərək "Oliqofreniya,imbesillik dərəcəsində. Keçirilmiş polimielitin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Sağ tərəfli nefroektomiyadan sonrakı vəziyyət" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi orqanik dəyişiklik qeyd edilmir. Psixi statusu. Yoxlanılan şəxs zahirən narahat görünür, stereotip olaraq ətraflara boylanır, mimikasında qeyri-adekvat gərginlik nəzərə çarpır. Zamana və məkana görə bələdliyi pozulub. Verbal kontakta praktiki olaraq daxil olmur, nitqi qeyri- aydın və tək bir neçə sözlərdən ibarətdir. Yaddaş və intellekt funksiyaları xeyli aşağıdır. Abstraktlaşdırma və təhlil-sintez qabiliyyəti inkişaf etməyib. Maraq dairəsi adi tələbaltarını ödəməklə məhdudlaşır. Emosional-iradi sferası xeyli aşağıdır. Yoxlanılan şəxs keçirilən ekspertizanın məqsədini dərk etmir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X8 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X6 İmbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. 2-ci sual: X5 öz hərəkətlərini dərk etmək idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə və əsas varmı? Cavab: X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən edilən İmbesillik dərəcəsində oliqofreniya ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 2165 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X5 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1958-ci ildə Qəbələ rayonu Kiçik Pirəlli kəndində anadan olmuş, Qəbələ rayonu, Kiçik Pirəlli kəndində qeydiyyatda olan və yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci ildə Qəbələ rayonu Kiçik Pirəlli kəndində anadan olmuş, Qəbələ rayonu, Kiçik Pirəlli kəndində qeydiyyatda olan və yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar