Məhkəmə qərarları › İş №e-2(025)-371/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-371/2025

19.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-371/2025 19.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, ərizəçinin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ :. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib Qəbələ rayonu Bayramkoxalı kəndində yaşayan xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Bayramkoxalı kəndində yaşayır və 1-ci dərəcəli əlil olan övladı xx.xx.2006-cı il təvəllüdlü X4 qulluq edir. X7 psixi xəstə olduğuna görə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Ona görə də, üzərində qəyyumluq təyin olunmasından ötrü o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan AR Əmək və Əhalinin SM Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışa əsasən Qəbələ rayonu, Bayramkoxalı kəndində yaşayan xx.xx.2006-cı il təvəllüdlü X4 “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, tetraplegik forma. Spastk tetraparez” diaqnozu ilə (orqanizmin funksiyalarının 85% pozulması) xəstəliyi səbəbindən müddətsiz olaraq 1-ci qrup əlillik dərəcəsi verilmişdir. İşdə olan AZ-İ 910247 nömrəli «doğum haqqında şəhadətnamənin» surətinə əsasən X2 doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X1 Samir Məclum oğlundan törəmişdir. İşdə olan AR SN MPEM PHŞ Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 1205 nömrəli rəyində göstərilmişdir ki, müayinə olunarkən xx.xx.2006-cı il təvəllüdlü X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. AR Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. AR MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Abbasova (Həsənova) Sərvanə Abbas qızı və X5 törəmiş xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar