Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-376/2025 17.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 21 aprel 1979-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Bum qəsəbəsində yaşayır və 1-ci dərəcəli əlil olan həyat yoldaşı xx.xx.1979-cu il təvəllüdlü X5 qulluq edir. X8 psixi xəstə olduğuna görə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Ona görə də, üzərində qəyyumluq təyin olunmasından ötrü fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan AR Əmək və Əhalinin SM Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışa əsasən Qəbələ rayonu, Bum qəsəbəsində yaşayan xx.xx.1979-cu il təvəllüdlü X5 “baş-beyin kötüyündə insult sindromu. Sol orta beyin arteriyası hövzəsində kəskin işemik insult, qansızma ilə. Spastik hemiplegiya, sağtərəfli spastik hemiplegiya. MSS-nin iltihabı xəstəliyinin nəticələri-Keçirilmiş meninqoensefalitin qalıq əlamətləri, hipertenziv ensefalopatiya” diaqnozu ilə xəstəliyi səbəbindən (orqanizmin funksiyalarının 95% pozulması) müddətsiz olaraq 1ci qrup əlillik dərəcəsi verilmişdir. İşdə olan Vİ-ЖГ 323900 nömrəli «doğum haqqında şəhadətnamənin» surətinə əsasən X2 doğulmuş xx.xx.1979-cu il təvəllüdlü X1 Əlövsət Əlipaşa oğlundan törəmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışın surətindən görünür ki, Qəbələ rayonu, Quşlar kəndində yaşayan xx.xx.2006-cı il təvəllüdlü X6 ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu xəstəliyi səbəbindən müddətsiz olaraq 1-ci qrup əlillik dərəcəsi verilmişdir. İşdə olan AR SN MPEM PHŞ Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 1171 nömrəli rəyində göstərilmişdir ki, müayinə olunarkən xx.xx.1979-cu il təvəllüdlü X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. AR Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. AR MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. 21 aprel 1979-cu ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Bum kəndində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-376/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-376/2025
17.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver