Məhkəmə qərarları › İş №e-2(025)-379/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-379/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-379/2025 10.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 478 manat əsas borc, 86 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 594 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 01 iyun 2021-ci il tarixdə ona məxsus, hansıki Qəbələ şəhəri H.Əliyev pospektində yerləşən “P.A.R Elektoniks” mağazasına yaxınlaşaraq 1030 manat dəyərində 01 ədəd mobil telefonu almaq istədiyini bildirmişdir. Lakin həmin tarixdə onun yetəri qədər maddi imkanı olmadığı üçün mobil telefonun dəyərini hissə-hissə ödəməklə almağa razılaşmışdılar. Bundan sonra Cavabdeh1 ilkin ödəniş 112 manat olmaqla hissə-hissə 18 ay (hər ay 51 manat olmaq) ödəmək şərti ilə mobil telefonu satmışdır. Borclu ilə bağlanmış 01 iyun 2021-ci il tarixli, 1559 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə aramızda 01 iyun 2021-ci il tarixli, 1559 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış 01 iyun 2021-ci il tarixli, 1559 saylı Zaminlik müqaviləsinə əsasən müqavilə üzrə borcalanın öhdəliyini icra etməməsi halında Zamin duran şəxs məsuliyyəti öz üzərinə götürür. Cavabdeh1 tərəfindən bu günə kimi 440 manat ödəniş edilmişdir. Hazırda qalan borcunu ödəməkdən boyun qaçırır. Hər dəfə şifahi və yazılı xəbərdarlıq etməyimə baxmayaraq məsuliyyətdən qəsdən yayınır. Hal-hazırda Cavabdeh1 əsas borcu 478 manat və gecikmiş günlərə cərimə (dəbbə) borcu 86 manat manat təşkil edir. İşdə olan 01 iyun 2021-ci il tarixli, 1559 nömrəli Müqavilənin surətinə əsasən əsasən Cavabdeh1 həmin tarixdə İddiaçı 1030 manat dəyərində 1 ədəd mobil telefonu nisyə almışdır. İşdə olan 01 iyun 2021-ci il tarixli, 1559 nömrəli Zaminlik Müqaviləsinin surətinə əsasən əsasən Cavabdeh2 ilə aralarında 01 iyun 2021-ci il tarixli, 1559 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən Ödəniş “Satıcı”nın razılığı əsasında nəğd və ya nəğdsiz formada həyata keçirilə blər. Ödəniş manatla aparılır. Müqavilənin 3.3-cü bəndinə əsasən “Alıcı” ödənişin gecikdirdiyi hər gün üçün məcmun borcun 1% həcmində “Satıcı”nın xeyrinə cərimə ödəyir. İşdə olan 10 fevral 2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə qalıq borcu 478 manat əsas, 86 manat dəbbə pulu təşkil edir. İşdən görünür ki, Cavabdeh1 01 iyun 2021-ci il tarixli 1559 nömrəli Müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 478 manat borclu qalmış və 86 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 478 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq birrəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 478 manat əsas borc, 5 manat cərimə və dövlət rüsumuna görə 30 manat pul alınıb İddiaçı hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar