Məhkəmə qərarları › İş №e-2(025)-390/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-390/2024

13.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-390/2024 13.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi X14 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib, xx.xx.1979-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, Qəbələ şəhəri, Pastar məhəlləsində ailə üzvləri ilə birlikdə yaşayır. Onun ailə üzvləri sırasında olan bacısı xx.xx.1979-cu il təvəllüdlü X12 uşaq olarkən ağır dərəcəli travmalar almış və bir daha sağlamlığı bərpa olunmadığından ruhi xəstəliyə düçar olmuşdur. mış və şizofreniya paranoid formalı xəstəlikdən əziyyət çəkir. O, hərəkətlərini idarə edə bilmir və psixi xəstə kimi dispanser qeydiyyatındadır. Ona görə də, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan Vİ-Жİİ 432705 nömrəli «doğum haqqında şəhadətnamənin» surətinə əsasən X5 doğulmuş xx.xx.1979-cu il təvəllüdlü X2 Vidadi Murad oğlundan törəmişdir. İşdə olan Qəbələ ƏSMM tərəfindən verilmiş 244890 nömrəli vəsiqənin surətinə əsasən uşaqlıqdan əlil olan X12 xx.xx.2006-cı il tarixdən İ İ qrup əlildir. İşdə olan AR Əmək və Əhalinin SMN-yi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 255DM2H0003 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ şəhərində yaşayan xx.xx.1979-cu il təvəllüdlü X7 18 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyinə (Diaqnoz Şizofreniya, paranoid forma, fasiləsiz gedişli, paranoid qüsur, kəskin forma.Qulluq və müalicə tələb edən kəskin ifadə olunmuş psixi qüsur) əsasən müddətsiz 1-ci qrup əlillik dərəcəsi verilmişdir. İşdə olan AR QRİHB-nın QŞİƏNDÜN-yi tərəfindən verilmiş 08 noyabr 2016-cı il tarixli 2709 nömrəli AR QRİHB-nın QŞİƏNDÜN-yi tərəfindən verilmiş arayışdan görünür ki, X1 şəhəri G.Qarayev küçəsi 9 saylı ünvanda yaşayır və baldızı X12 İİ qrup əlil olduğu üçün ona ev şəraitində xidmət göstərir. İşdə olan AR SN MPEM PHŞ Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 1864 nömrəli rəyində göstərilmişdir ki, müayinə olunarkən xx.xx.1979-cu il təvəllüdlü X4 şizofreniya paranoid forma aşkar edilmişdir. X12 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. AR Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. AR MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. 03 sentyabr 1979-cu ildə ünvan 2 ünvanında anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar