Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-404/2025 13.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 512.40 manat əsas borc, 256.20 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 143.23 manat əsas borc, 71.62 manat cərimə borcu olmaqla, ümumilikdə 983.45 manat borc və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən SOYUDUCU HOFFMANN, İMEİ KODU **********03218 OPPO A17 markalı telefoanlmış və nəticədə 983.45 (doqquz yüz səksən üç manat, qırx beş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 658.80 (altı yüz əlli səkkiz manat, səksən qəpik) manat (18 ay x 36.60 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANN üçün ümumilikdə, 768.60 (yeddi yüz altmış səkkiz manat, altmış qəpik) manat olmaqla ondan, 512.40 (beş yüz on iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 256.20 (iki yüz əlli altı manat, iyirmi qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 430.02 (dörd yüz otuz manat, iki qəpik ) manat (18 ay x 23.89 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********03218 OPPO A17 markalı telefon üçün ümumilikdə, 214.85 (iki yüz on dörd manat, səksən beş qəpik) manat olmaqla ondan, 143.23 (yüz qırx üç manat, iyirmi üç qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 71.62 (yetmiş bir manat, altmış iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 433.19 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 22 may 2024-cü il tarixli 04248119 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 658.80 manat dəyərində olan soyuducu hoffmannı nisyə almışdır. İşdə olan 04 oktyabr 2023-cü il tarixli 13685268 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 430.02 manat dəyərində olan İMEİ KODU **********03218 OPPO A17 markalı telefonu nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.5-ci bəndinə əsasən Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər “Mal” ABC-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”-a mülkiyyət hüququ “Müştəri”-yə keçir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən “müştəri” bu müqavilənin (şərtlərini) pozduğu halda, “Mal”ı (habelə güzəştli şərtlərlə (ödənişsiz) təqdim edilmiş malı) ABC-nin tələbi ilə geri qaytarılmalıdır. Müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” mal-ın istifadəsini mümkünsüz edə, o cemlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 22 may 2024-cü il tarixli 04248119 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 36.6 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 04 oktyabr 2023-cü il tarixli 13685268 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 23.89 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 22 may 2024-cü il tarixli 04248119 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 512.40 manat borc, 256.20 manat cərimə, 04 oktyabr 2023-cü il tarixli 13685268 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 143.23 manat borc, 71.62 manat cərimə olmaqla, ümumilikdə 983.45 manat borc hesablanmışdır. AR Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh 22 may 2024-cü il tarixli 04248119 nömrəli müqavilə üzrə 512.40 manat əsas, 04 oktyabr 2023-cü il tarixli 13685268 nömrəli müqavilə üzrə 143.23 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22 may 2024-cü il tarixli 04248119 nömrəli müqavilə üzrə 512.40 manat əsas, 5 manat cərimə, 04 oktyabr 2023-cü il tarixli 13685268 nömrəli müqavilə üzrə 143.23 manat əsas, 2 manat cərimə borcu və dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-404/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-404/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver