Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-412/2025 17.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən GOODRİDE SU320 4 ədəd təkər üçün 758,47 (yeddi yüz əlli səkkiz manat 47 qəpik) manat ödənilməmiş hissə, 379,24 (üç yüz yetmiş doqquz manat, 24 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən GOODRİDE SA07 4 ədəd təkər üçün 455,14 (dörd yüz əlli beş manat 14 qəpik) manat ödənilməmiş hissə, 227,57 (iki yüz iyirmi yeddi manat 57 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən APPLE WATCH 8 41MM qol saatı üçün 286,63 (iki yüz səksən altı manat 63 qəpik) manat ödənilməmiş hissə, 143,32 (yüz qırx üç manat, 32 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********41843 SAMSUNG GALAXY A14 markalı telefon üçün 163,37 (yüz altmış manat 37 qəpik) manat ödənilməmiş hissə, 81,69 (səksən bir manat 69 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, ŞİRƏ ÇƏKƏN HOFFMANN üçün 15,77 (on beş manat, 77 qəpik) manat ödənilməmiş hissə, 7,89 (yeddi manat, 89 qəpik) manat cərimə, ümumilikdə 2519,07 manat borc, 45,20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən GOODRİDE SU320 təkər 4 ədəd, GOODRİDE SA07 təkər 4 ədəd, APPLE WATCH 8 41MM qol saatı, İMEİ KODU **********41843 SAMSUNG GALAXY A14 markalı telefon, ŞİRƏ ÇƏKƏN HOFFMANN almış və nəticədə 2519.07 (iki min beş yüz on doqquz manat, 07 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 819,84 (səkkiz yüz on doqquz manat 84 qəpik) manat (24 ay x 34.16 manat + 0 manat ilkin ödəniş) olan GOODRİDE SU320 təkər 4 ədəd üçün ümumilikdə 1137,71 (min yüz otuz yeddi manat 71 qəpik) manat olmaqla, ondan 758.47 (yeddi yüz əlli səkkiz manat 47 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 379,24 (üç yüz yetmiş doqquz manat 24 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 819,84 (səkkiz yüz on doqquz manat 84 qəpik) manat (24 ay x 34.16 manat + 0 manat ilkin ödəniş) olan GOODRİDE SA07 təkər 4 ədəd üçün ümumilikdə 682.71 (altı yüz səksən iki manat, 71 qəpik) manat olmaqla ondan 455.14 (dörd yüz əlli beş manat, 14 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 227.57 (iki yüz iyirmi yeddi manat, 57 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1263.96 (min iki yüz altmış üç manat, 96 qəpik) manat (18 ay x 70.22 manat + 0 manat ilkin ödəniş) olan APPLE WATCH 8 41MM qol saatı üçün ümumilikdə 429,95 (dörd yüz iyirmi doqquz manat, 95 qəpik) manat olmaqla, ondan 286,63 (iki yüz səksən altı manat 63 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 143,32 (yüz qırx üç manat 32 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 374,04 (üç yüz yetmiş dörd manat 04 qəpik) manat (12 ay x 31 manat + 2.04 manat ilkin ödəniş) olan İMEİ KODU **********41843 SAMSUNG GALAXY A14 markalı telefon üçün ümumilikdə, 245,06 (iki yüz qırx beş manat 06 qəpik) manat olmaqla, ondan 163,37 (yüz altmmış üç manat 37 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81.69 (səksən bir manat 69 qəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 65.86 (altmış beş manat, 86 qəpik) manat (6 ay x 10.46 manat + 3.10 manat ilkin ödəniş) olan ŞİRƏ ÇƏKƏN HOFFMANNüçün ümumilikdə, 23.66 (iyirmi üç manat, 66 qəpik) manat olmaqla ondan, 15.77 (on beş manat, 77 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.89 (yeddi manat, 89 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1664.16 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı: Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsi: 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı0ş9.02.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, GOODRİDE SU320 təkər 4 ədəd, GOODRİDE SA07 təkər 4 ədəd, APPLE WATCH 8 41MM qol saatı, İMEİ KODU **********41843 SAMSUNG GALAXY A14 markalı telefon, ŞİRƏ ÇƏKƏN HOFFMAalNmNış və nəticədə 2519.07 (iki min beş yüz on doqquz manat, 07 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 819.84 (səkkiz yüz on doqquz manat, 84 qəpik) manat (24 ay x 34.16 manat + 0 manat ilkin ödəniş) olan GOODRİDE SU320 təkər 4 ədədüçün ümumilikdə, 1137.71 (min yüz otuz yeddi manat, 71 qəpik) manat olmaqla ondan, 758.47 (yeddi yüz əlli səkkiz manat, 47 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 379.24 (üç yüz yetmiş doqquz manat, 24 qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 819.84 (səkkiz yüz on doqquz manat, 84 qəpik) manat (24 ay x 34.16 manat + 0 manat ilkin ödəniş) olan GOODRİDE SA07 təkər 4 ədədüçün ümumilikdə, 682.71 (altı yüz səksən iki manat, 71 qəpik) manat olmaqla ondan 455.14 (dörd yüz əlli beş manat, 14 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 227.57 (iki yüz iyirmi yeddi manat, 57 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1263.96 (min iki yüz altmış üç manat, 96 qəpik) manat (18 ay x 70.22 manat + 0 manat ilkin ödəniş) olan APPLE WATCH 8 41MM qol saatüı çün ümumilikdə, 429.95 (dörd yüz iyirmi doqquz manat, 95 qəpik) manat olmaqla ondan, 286.63 (iki yüz səksən altı manat, 63 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 143.32 (yüz qırx üç manat, 32 qəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 374.04 (üç yüz yetmiş dörd manat, 04 qəpik) manat (12 ay x 31 manat + 2.04 manat ilkin ödəniş) olan İMEİ KODU **********41843 SAMSUNG GALAXY A14 markalı telefoünçün ümumilikdə, 245.06 (iki yüz qırx beş manat, 06 qəpik) manat olmaqla ondan, 163.37 (yüz altmmış üç manat, 37 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81.69 (səksən bir manat, 69 qəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 65.86 (altmış beş manat, 86 qəpik) manat (6 ay x 10.46 manat + 3.10 manat ilkin ödəniş) olan ŞİRƏ ÇƏKƏN HOFFMANNüçün ümumilikdə, 23.66 (iyirmi üç manat, 66 qəpik) manat olmaqla ondan, 15.77 (on beş manat, 77 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.89 (yeddi manat, 89 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. İddiaçı həmin məbləğin ödənilməsini tələb edir. Sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı hər iki müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədləri əsas götürüb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh"xxxx" MMC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış müqavilələrə əsasən borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh xx.xx.2024cü il tarixli müqavilə üzrə 758.47 manat əsas borcun, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 455.14manat əsas borcun, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 286.63 manat əsas borcun, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 163.37 manat əsas borcun və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15.77 manat əsas borcun tutulmasını əsaslı sayır. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan xx.xx.2024-cü il tarixli müqavilə üzrə 379.24 manat məbləğində tələb edilən cərimənin, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 227.57 manat məbləğində tələb edilən cərimənin, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 143.32 manat məbləğində tələb edilən cərimənin, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 81.69 manat məbləğində tələb edilən cərimənin və xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 7.89 manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, onun azaldılması, yəni xx.xx.2024-cü il tarixli müqavilə üzrə 23 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 14 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 9 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 33,85 manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdime tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçü nçağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 758.47 manat ödənilməmiş hissə, 23 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 455,14 manat ödənilməmiş hissə, 14 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 286.63 manat ödənilməmiş hissə, 9 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 163.37 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 15.77 manat ödənilməmiş hissə, 1 manat cərimə borcu və 45,20 (qırx beş manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 758.47 manat ödənilməmiş hissə, 23 manat cərimə; xx.xx.2023-cü il tarixli il tarixli müqaviləyə əsasən 455,14 manat ödənilməmiş hissə, 14 manat cərimə; xx.xx.2023-cü il tarixli il tarixli müqaviləyə əsasən 286,63 manat ödənilməmiş hissə, 9 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli il tarixli müqaviləyə əsasən 163,37 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli il tarixli müqaviləyə əsasən 15,77 manat ödənilməmiş hissə, 1 manat cərimə borcu və 45,20 (qırx beş manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-412/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-412/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver