Məhkəmə qərarları › İş №e-2(025)-413/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-413/2024

29.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-413/2024 29.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Sadiq qızının “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi Sadiq qızının iştirakı ilə, Ərizəçi Sadiq qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Sadiq qızı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib xx.xx.1998-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. rizəçi Ərizəçi Sadiq qızı izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Soltannuxa kəndində yaşayır. Onun övladı-xx.xx.1998-ci il təvəllüdlü X7 anadangəlmə “serebral iflic” xəstəliyindən əziyyət çəkir və daimi qulluğa ehtiyacı vardır. X7 hərəkətlərini dərk etmir. O, hərəkətlərini idarə edə bilmir və psixi xəstə kimi dispanser qeydiyyatındadır. Ona görə də, xx.xx.1998-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan XXİ-ЖГ 319624 nömrəli «doğum haqqında şəhadətnamənin» surətinə əsasən Ərizəçi Sadiq qızından doğulmuş xx.xx.1998-ci il təvəllüdlü X1 Eldar Ağalı oğlundan törəmişdir. İşdə olan AR ƏSMM tərəfindən verilmiş ********** nömrəli arayışın surətinə əsasən X7 xx.xx.2016-cı il tarixdən İ qrup əlildir. İşdə olan AR Əmək və Əhalinin SMN-yi yanında Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən verilmiş arayışda göstərilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü X5 Komissiyanın rəyinə (Diaqnoz: Kvadroplegik spastik serebral iflic, tetraplegik forma, əqli gerilik, Nitq pozğunluğu) əsasən müddətsiz 1-ci qrup əlillik dərəcəsi verilmişdir. İşdə olan AR SN MPEM PHŞ Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 2539 nömrəli rəyində göstərilmişdir ki, müayinə olunarkən xx.xx.1998-ci il təvəllüdlü X4 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır əqli gerilik müəyyən edilmişdir. X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. AR Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. AR MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, xx.xx.1998-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. 10 avqust 1998-ci ildə Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar