Məhkəmə qərarları › İş №e-2(025)-434/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-434/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-434/2025 01.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X3 İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh 534 manat əsas, 53 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 617 manat İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 07 fevral 2018-ci il tarixli 01-AGT000021415 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" maqazasından ümumi dəyəri 1596 manat olan İphone 8 64 Gold (İmei: **********08082) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ayın 07-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 199 manat ödəniş etməli olduğu halda ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 534 manatı maqazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. İşdə olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışının surətinə əsasən, Cavabdeh arasında bağlanan 07 fevral 2018-ci il tarixli, 01-AGT000021415 saylı kredit (nisyə alqı satqı) müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə olan ödənilməmiş məbləğ 534 manat əsas məbləğ və 53 manat cərimə olmaqla 587 manat təşkil edir. İşdə olan 07 fevral 2018-ci il tarixli, 01-AGT000021415 nömrəli müqavilə üzrə Ödəniş cədvəlinin surətinə əsasən alınmış malın dəyəri xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 199 manat ödənilməklə xx.xx.2018-ci il tarixədək ödənilməlidir. İşdə olan xəbərdarlıq məktubunun surətində qeyd edilmişdir ki, "xxxx" MMC-lə 07 fevral 2018-ci il tarixli, 01-AGT000021415 nömrəli nisyə-alqı satqı müqaviləsinin bütün şərtlərinin tələbetmə hüququ xx.xx.2022-ci il tarixdən etibarən İddiaçı MMC-yə ötürülmüşdür. İşdən görünür ki, Cavabdeh 07 fevral 2018-ci il tarixli, 01-AGT000021415 nömrəli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək aylıq ödəməni icra etməmiş və 534 manat borclu qaldığından 53 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Borcverən İddiaçı MMC ilə Borcalan Cavabdeh arasında bağlanmış 07 fevral 2018-ci il tarixli, 01-AGT000021415 saylı müqavilə üzrə borclu Cavabdeh 534 manat əsas borc tutularaq İddiaçı MMC–nin hesabına keçirilməli, cərimə məbləği isə əsas borca mütənasib olaraq birrəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 534 (beş yüz otuz dörd) manat əsas borc, 5 (beş) manat cərimə və 30,0 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC–nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar