Məhkəmə qərarları › İş №e-2(025)-436/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-436/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-436/2023 25.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 176 manat, Cavabdeh2 160 manat, Cavabdeh3dan 736 manat məbləğində pul və ödənilmiş 30,72 manat dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 dekabr 2019-cu il tarixdə UNİ-2980 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi əsasən 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 öz üzərinə götürmüş və istifadəsinə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534169 ban, 0406 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı ASC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(025)-590/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddasını qismən təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 ümumilikdə 1641.52 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq alan Cavabdeh1 lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Lakin iddia ərizəsində adı qeyd olunan digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 lizinq obyekti olan avtomobili şirkətin iradəsindən kənar istifadə və idarə etmişdir. Cavabdehlər lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı ASC-yə məxsus “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh1 idarə edərkən EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 80 manat, cəmi 176 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Cavabdeh2 idarə edərkən İXP 3636101saylı protokola görə 160 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Cavabdeh3 idarə edərkən İXP ******* saylı protokola görə 96 manat, İXP ******* saylı protokola görə 640 manat, cəmi 736 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X2 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da şirkətin mülkiyyətində olan nəqliyyat vasitəsi X4 İdarəsinin cərimə meydançasına yerləşdirilir. Avtomobil cərimə meydançasında qaldığı müddətdə avtomobilin mühafizə olunmasına görə duracağa şirkət tərəfindən əlavə vəsait ödənilir və avtomobil saxlanıldığı müddətdə avtomobildən gəlir əldə edilə bilmir. Bu isə İddiaçı ASC-nin hüquqlarını pozuduğu üçün şirkət həmin cərimələri ödəyir və avtomobil cərimə meydançasından çıxarıldır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı ASC-nin nümayəndəsi Rövşən Adıgözəlov məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan “Union Lizinq" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh1 sifarişi ilə 2013cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534169 ban, 0406 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və islifadəsinə verilmişdir. İş materiallarında olan 02 dekabr 2019-cu il tarixdə Cavabdeh1 və İddiaçı ASC arasında bağlanmış UNİ-2980 saylı “Öhdəliklərin ötürülməsi” barədə müqavilədən görünür ki, 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı Daxili lizinq müqaviləsi üzrə Cavabdeh1 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-590/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ASC ilə bağlanmış 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 noyabr 2020-ci il tarixə 1067,49 manat əsas, 204,03 manat mükafat və həmin günə hesablanmış 50 manat dəbbə pulu, 320 manat dəymiş zərər, ümumilikdə 1641,52 (bir min altı yüz qırx bir manat əlli iki qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AZ №434808 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Daewoo Gentra" markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-nin sahibliyindədir. İş materiallarında olan ASANPAY elektron portalından çıxarışdan görünür ki, Cavabdeh1 AD 434808 qeydiyyat şəhadətnaməsi üzrə 99PG206 qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə EQ 7853490, xx.xx.2020-ci il tarixdə EQ ******* və xx.xx.2020-ci il tarixdə EQ ******* saylı protokollar tərtib olunmuş, həmin protokollara 176 manat məbləğində cərimə, Cavabdeh3 idarə edərkən xx.xx.2021-ci il tarixdə İXP 4320755, xx.xx.2021-ci il tarixdə İXP ******* və xx.xx.2020-ci il tarixdə ******* saylı protokollar tərtib olunmuş, həmin protokollara görə 736 manat məbləğində cərimə, Cavabdeh2 idarə edərkən xx.xx.2020-ci il tarixdə İXP ******* saylı protokollar tərtib olunmuş, həmin protokola görə 160 manat məbləğində cərimə ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 16653 nömrəli qəbzdən görünür ki, İXP ******* saylı protokol üzrə 160 manat cərimə məbləği ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 21360 nömrəli qəbzdən görünür ki, İXP ******* saylı protokol üzrə 640 manat cərimə məbləği ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 14254 nömrəli qəbzdən görünür ki, EQ ******* saylı protokol üzrə 80 manat cərimə məbləği ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 21418 nömrəli qəbzdən görünür ki, EQ ******* saylı protokol üzrə 16 manat cərimə məbləği ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 21360 nömrəli qəbzdən görünür ki, İXP ******* saylı protokol üzrə 640 manat cərimə məbləği ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 14254 nömrəli qəbzdən görünür ki, İXP ******* saylı protokol üzrə 96 manat cərimə məbləği ödənilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 16 yanvar 2023-cü il tarixli xəbərdarlıq məktublarının məzmununda qeyd olunur: 02 dekabr 2019-cu il tarixdə UNİ-2980 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən 27 mart 2109-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 öz üzərinə götürmüş və istifadəsinə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil verilmişdir. “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı portalından alınmış çıxarış təsdiq edir. Yuxarıda göstərilənləri rəhbər tutaraq sizdən İddiaçı ASC-yə yaranmış borcu 7 gün ərzində ödəməyinizi tələb edirik. Əks təqdirdə X1 ödənilməsinə dair yaranmış borcu Sizdən məhkəmə qaydasında tələb ediləcəkdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə üququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, "hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur". Məhkəmənin mövqeyi: Mülki işin materiallarından müəyyən olunur ki, 02 dekabr 2019-cu il tarixdə UNİ-2980 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi əsasən 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 öz üzərinə götürmüş və istifadəsinə 2013-cü il buraxılışlı, "Daewoo Gentra" markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq alan Cavabdeh1 lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Sonradan Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün "xxxx" ASC məhkəməyə müraciət etmiş və onunla bağlanmış lizinq müqaviləsi məhkəmə qaydasında ləğv edilmişdir. Lakin iddia ərizəsində adı qeyd olunan digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 lizinq obyekti olan avtomobili şirkətin iradəsindən kənar istifadə və idarə etmişdir. Cavabdehlər lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı ASC-yə məxsus “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Nəqliyyət vasitəsinin üzərində ödənilməmiş cərimə tənbeh tədbirlərinin qalmasının "xxxx" ASC tərəfindən sonradan aşkar olunmasının doğruluğu bütün cərimələrin ödəniş tarixlərinin eyni olması faktı ilə də möhkəmlənir. Belə ki, bütün cərimə ödənişləri xx.xx.2022-ci il tarixdə ödənmişdir. Ödənişlərin inzibati tənbeh vermə qərarlarında qeyd edilən məbləğlərdən çox olması qanunvericiliklə izah olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Göründüyü kimi bütün inzibati tənbeh vermə haqqında qərarlar 2020-ci il və 2021-ci il tarixli olsalar da, bütün cərimə ödənişləri 2022-ci il tarixdə edilmişdir. Yəni bütün cərimə ödənişləri 60% daha artıq məbləğdə ödənilmişdir. Mülki iş üzrə təqdim olunmuş inzibati xəta haqqında protokollardan və ödəniş qəbzlərindən göründüyü kimi, Cavabdeh1 idarə edərkən EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 80 manat, cəmi 176 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Cavabdeh2 idarə edərkən İXP 3636101saylı protokola görə 160 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Cavabdeh3 idarə edərkən İXP ******* saylı protokola görə 96 manat, İXP ******* saylı protokola görə 640 manat, cəmi 736 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Həmin cərimələr cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunazidd hərəkətləri nəticəsində avtomobilin mülkiyyətçisi lizinq şirkəti maddi ziyana məruz qalmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə üququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, "hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur". Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından hər üç şərtin mövcudluğu təsdiq olunur. Belə ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edən zaman məhz onlar tərəfindən inzibati xətalar törədilmişdir ki, bu fakt iş materiallarında olan inzibati tənbeh vermə qərarlarından təsdiq olunur. Tətbiq olunmuş cərimə məbləğlərini ödəməmiş, nəticədə nəqliyyat vasitəsinin sahibi "xxxx" ASC cərimə məbləğlərini ödəməli olmuş, bununla da ona zərər dəymişdir. Dəymiş zərərin mahiyyəti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hüquq pozuntusu törədərək ödəməli olduğu cərimə məbləğlərini ödəməməsi təşkil edir, yəni hüququ pozuntusu ilə zərər arasında səbəbli əlaqə vardır. Belə olan halda mülki qanunvericiliyə əsasən zərəvuran hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödənilməli olduğundan, Cavabdeh1 176 manat, Cavabdeh2 160 manat, Cavabdeh3 tərəfindən 736 manat məbləğində pul İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,72 (otuz manat yetmiş iki qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 176 manat, Cavabdeh2 160 manat və Cavabdeh3 736 manat məbləğində pul, ödənilmiş 30,72 (otuz manat yetmiş iki qəpik) manat dövlət rüsumu isə müştərək qaydada cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 176 manat, Cavabdeh2 160 manat və Cavabdeh3 736 manat məbləğində pul, ödənilmiş 30,72 (otuz manat yetmiş iki qəpik) manat dövlət rüsumu isə müştərək qaydada cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar