Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-443/2025 15.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-821A, kod 40614018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, JN-125, kod 40614018 və JN-125, kod 40614018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının ona aid hissədə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli 25 saylı qərarı ilə ailə üzvləri X11, X4, X7, X8 və ona Qəbələ rayonu, Mirzəbəyli kənd ərazisindən 0,08 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinə görə JN-821A, kod 40614018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və eyni AİK-nın qərarları ilə X11, X4, X7, X8 və ona 1,02 ha və 0,70 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə JN-125, kod 40614018 və JN-125, kod 40614018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları verilmişdir. Şəhadətnamədə və Dövlət Aktlarında sonradan ona məlum olmuşdur ki, səhvən soyadı “Osmanlı” əvəzinə “Abdullayev” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum, nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi kimi yazılır. Onun soyadını atası mərhum babasının adına uyğun olaraq Doğum haqqında Şəhadətnamə alınarkən qeyd etdirmişdir. Hazırda ona və digər ailə üzvlərinə məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Lakin Şəhadətnamədə və Dövlət Aktlarında soyadlar düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni və Dövlət Aktlarını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən həmin sənədlərdəki yanlışlıqları aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə Şəhadətnamələrdə və Dövlət Aktında olan yanlışlıqların aradan qaldırılması barədə müraciət olunmuş, şifahi olaraq yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 821A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X9, X2, X5, X6 və X10 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 125 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X9, X2, X5, X6 və X10 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,70 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 0125 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X9, X2, X5, X6 və X10 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,02 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli, 325 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş JN: 125 nömrəli kod: 40614018 olan 1,02 hektar, JN:125 nömrəli kod: 40614018 olan 0,70 hektar dövlət aktlarında və JN: 821A nömrəli kod:40614018 olan 0,08 hektar torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq Ərizəçi soyadı səhvən X3 yazılmışdır. X1 İƏN-nin təsərrüfatbaşına kitablarında qeydiyyatı yoxdur və kənddə yaşamır. İşdə olan Qəbələ rayonu Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 055345 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X14 xx.xx.2006-ci il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-ci ildə 11 № ilə qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 227393 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 31 № ilə qeyd edilmişdir. İşdə olan xx.xx.1994-cü il tarixli, XVİİİ-ЖГ seriyalı, 462612 №-li «doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı, 998124 №-li «nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”nın 154105 nömrəli vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid A 058927 nömrəli Tam Orta Təhsil Haqqında “Attestat”ın surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5- ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir,yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X9, X2, X5, X6 və X10 adına verilmiş N – 821A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə; eyni zamanda Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X9, X2, X5, X6 və X10 adına verilmiş JN – 125 nömrəli və JN – 0125 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktlarında Ərizəçi soyadı "Osmanlı" əvəzinə səhvən "Abdullayev" kimi göstərilmişdir. Lakin Ərizəçi aid doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə düzgün olaraq ad, soyad və ata adı Ərizəçi kimi göstərilmişdir. Qeyd olunan şəhadətnamədə və dövlət aktlarında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə və dövlət aktları üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X9, X2, X5, X6 və X10 adına verilmiş JN – 821A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin; Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarlarına əsasən X9, X2, X5, X6 və X10 adına verilmiş JN – 125 nömrəli və JN – 0125 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktlarının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-443/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-443/2025
15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver