Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-45/2025 13.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi, X33 və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestr qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova gülanə Elmdar qızının katibliyi, İddiaçı nümayəndəsi Hac-X16, cavabdeh X56 və X47 və cavabdeh X14 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər, Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi, X33 və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestr qeydinin ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi, X33 və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestr qeydinin ləğv edilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2013-cü il tarixdə vəfat etmiş X17 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, köməkçi sahəsi 76,6 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin 4/6 hissəsinin vərəsəlik üzrə X33 və X5 barədə Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-315 və xx.xx.2013-cü il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində edilən qeydlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Hac-X16 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X48 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsii və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, yaşayış sahəsi 76,6 kv/m və köməkçi sahəsi 209,3 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-315 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh3 və X18 miras kütləsinin 4/6 hissəsi, xx.xx.2013-cü il tarixli 2V-317 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X43, X35 və X18 miras kütləsinin xx.xx.2010-cu il tarixdə vəfat etmiş X36 çatan hissəsi, xx.xx.2013-cü il tarixli 2V-316 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X6 miras kütləsinin xx.xx.2002-ci il tarixdə vəfat etmiş X24 çatan hissəsi verilmişdir. Halbuki, X25 qanun üzrə doqquz vərəsəsi olmuş, İddiaçı və digərlərinə mirasın bölüşdürülməsi barədə məlumat verilməmişdir. İddiaçı son iyirmi beş il müddətində daimi olaraq Türkiyə Respublikasında yaşamış, lakin tez-tez gəlib valideynlərinə baş çəkmiş və onları öz yanına apararaq müalicə olunmalarını təmin etmişdir. X48 vəfat edərkən İddiaçı Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda olmuş və bu səbəbdən qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməsə də, mirasdan imtina etməmişdir. Ona görə də, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X17 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, köməkçi sahəsi 76,6 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin vərəsəlik üzrə X33 və X5 barədə Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-315 və xx.xx.2013-cü il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində edilən qeydlərin ləğv edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh X56 göstərmişdir ki, o, X48 və Fərzalıyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızından törəyib ailənin digər üzvləri (X49, X44, X50, X26, X57, İddiaçı, X27 və X51) ilə birlikdə Qəbələ şəhəri, Nəsimi küçəsi ev 79-da yerləşən fərdi yaşayış evində yaşamış və 1989-cu ildə evlənərək yaşayış yerini dəyişmişdir. 2003-cü ildə valideynlərinə məxsus olan Qəbələ şəhəri ərazisində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evi tikilmiş və həndəvəri hasara alınaraq ona verilmişdir. X1 bütün əmlakını X34 və X18 vəsiyyət etməsindən xəbərsiz olmuşdur və mirasın vərəsələr arasında bölünərək ona düşən payın ayrılıb verilməsini tələb edir. Cavabdeh X47 göstərmişdir ki, o, X48 və Fərzalıyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızından törəyib ailənin digər üzvləri (X49, X44, X52, X26, X57, İddiaçı, X27 və X51) ilə birlikdə Qəbələ şəhəri, Nəsimi küçəsi ev 79-da yerləşən fərdi yaşayış evində yaşamış və həddi-buluğa çatandan sonra evlənərək yaşayış yerini dəyişmişdir. X2 özünə məxsus olan bütün əmlakını ona və nəvəsi X18 vəsiyyət etmiş və xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Buna baxmayaraq X17 miras qalmış bütün əmlakın vərəsələr arasında bölünərək İddiaçı düşən payın verilməsinə etiraz etmir. Cavabdeh X14 nümayəndəsi Vəkil2 göstərmişdir ki, X2 özünə məxsus olan bütün əmlakını qızı X34 və nəvəsi X18 vəsiyyət etmiş və xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-315 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh3 və X18 miras kütləsinin 4/6 hissəsi, xx.xx.2013-cü il tarixli 2V-317 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X43, X35 və X18 miras kütləsinin xx.xx.2010-cu il tarixdə vəfat etmiş X36 çatan hissəsi, xx.xx.2013-cü il tarixli 2V-316 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X6 miras kütləsinin xx.xx.2002-ci il tarixdə vəfat etmiş X24 çatan hissəsi verilmişdir. İddiaçı və digər vərəsələr mirası nə rəsmi, nə də faktiki surətdə qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilənlərə əsasən X25 ölümü ilə açılan mirasla bağlı yaranan vərəsəlik hüquq münasibətlərinə xitam verilmiş, mirasın qəbul edilmə müddəti keçmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən X48, X13, X35, X43, X49, X45 və X19 ümumi paylı mülkiyyətində olan Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, yaşayış sahəsi 76,6 kv/m və köməkçi sahəsi 209,3 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə X25 adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi: **********36-10301) qeydiyyata alınmışdır. İşdə olan JN 486 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən plana 486 və 486 C saylı planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən cəmi 2,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X48, X13, X35 və X20 ümumi paylı mülkiyyətindədir. İşdə olan AZ-İ 594080 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə əsasən X48 xx.xx.2013-cü il tarixdə Qəbələ şəhərində ölmüşdür. İşdə olan AZ-İ 408406 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə əsasən X12 xx.xx.2010-cu il tarixdə Qəbələ şəhərində ölmüşdür. İşdə olan Vİ-JQ 438549 nömrəli “nikah haqqında” şəhadətnamənin surətinə əsasən X28 ilə X29 nikahı xx.xx.1994-cü il tarixli 40 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Ağasiyeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli arayışına əsasən 2xx.xx.1973-cü il təvəllüdlü X8 Oruc Ağalar oğlu və X7 törəmişdir. İşdə olan İİİ JQ 313250 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən xx.xx.1975-ci il təvəllüdlü X9 Oruc Ağalar oğlu və X7 törəmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli arayışına əsasən xx.xx.1987-ci il təvəllüdlü X11 Mayıl Sazak oğlu və X30 törəmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli arayışına əsasən xx.xx.1995-ci il təvəllüdlü X3 Fikrət Oruc oğlu və X15 törəmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli arayışına əsasən xx.xx.1998-ci il təvəllüdlü X4 Fikrət Oruc oğlu və X15 törəmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli arayışına əsasən X48 və Fərzəliyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızının nikahı xx.xx.1963-cü ild tarixli 06 saylı akt qeydi ilə bağlanmışdır. İşdə olan Qəbələ rayon NK tərəfindən təsdiq olunmuş xx.xx.2012-ci il tarixli Vəsiyyətnamənin surətinə əsasən X48 ölənədək ona məxsus olan bütün əmlakını, o cümlədən Qəbələ şəhəri, Nəsimi küçəsi ev 79-da yerləşən fərdi yaşayış evini, bütün tikililəri, həyətyanı və pay torpaq sahələrini qızı Cavabdeh3 və nəvəsi X18 vəsiyyət etmişdir. İşdə olan Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-315 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən qızı Cavabdeh3 və nəvəsi X18 xx.xx.2013-cü il tarixdə vəfat etmiş X17 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və üzərində 1956-cı ildə tikilmiş ümumi sahəsi 285,9 kv/m, yaşayış sahəsi 76,6 kv/m və köməkçi sahəsi 209,3 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin (reyestr nömrəsi: **********36-10301) 4/6 hissəsini əldə etmək hüququ verilmişdir. İşdə olan Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-317 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən arvadı X43, qızı X35 və oğlu X18 xx.xx.2013-cü il tarixdə vəfat etmiş X17 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və üzərində 1956-cı ildə tikilmiş ümumi sahəsi 285,9 kv/m, yaşayış sahəsi 76,6 kv/m və köməkçi sahəsi 209,3 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin (reyestr nömrəsi: **********36-10301) xx.xx.2010-cu il tarixdə vəfat etmiş X36 çatan hissəsini əldə etmək hüququ verilmişdir. İşdə olan Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-316 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən anası X6 xx.xx.2013-cü il tarixdə vəfat etmiş X17 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və üzərində 1956-cı ildə tikilmiş ümumi sahəsi 285,9 kv/m, yaşayış sahəsi 76,6 kv/m və köməkçi sahəsi 209,3 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin (reyestr nömrəsi: **********36-10301) xx.xx.2002-ci il tarixdə vəfat etmiş X24 çatan hissəsini əldə etmək hüququ verilmişdir. İşdə olan RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 285,9 kv/m, yaşayış sahəsi 76,6 kv/m və köməkçi sahəsi 209,3 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə X10 ( torpağın 12/42 hissəsi), X35 (torpağın 8/42 hissəsi), X43( torpağın 8/42 hissəsi), X37 (torpağın 6/42 hissəsi), X33 ( evin 2/6 hissəsi və torpağın 5/42 hissəsi) və Kərimova (Ağasiyeva) Solmaz Oruc qızının (evin 2/6 hissəsi və torpağın 3/42 hissəsi) adına ümumi paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi: **********36-10301) qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasən X35 , X43, X37, X33) və Kərimova (Ağasiyeva) Solmaz Oruc qızının ümumi paylı mülkiyyətində olan Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsi X38 8000,0 manata satılmışdır. İşdə olan RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 285,9 kv/m, yaşayış sahəsi 76,6 kv/m və köməkçi sahəsi 209,3 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə X10 (torpağın 12/42 hissəsi), X35 (torpağın 8/42 hissəsi), X43( torpağın 8/42 hissəsi), X37 (torpağın 6/42 hissəsi), X33 ( evin 2/6 hissəsi və torpağın 5/42 hissəsi) və Kərimova ( Ağasiyeva) Solmaz Oruc qızının (evin 2/6 hissəsi və torpağın 3/42 hissəsi) adına ümumi paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi: **********426-10301) qeydiyyata alınmışdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 5/8-1999/2024 saylı məlumata əsasən “Vətəndaşlıq vəziyyəti aktları”-nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən X25 övladları-X44, İddiaçı, X47, X52, X26, X57, X27, X51 və X39r. AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilmıəsi bardə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər ( övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X25 qanun üzrə vərəsələri- Fərzəliyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızı, İddiaçı, X47, X52, X26, X57, X27 və X51 (X44 və X49 mirasın açıldığı vaxt sağ olmadığından vərəsə deyil), vəsiyyət üzrə vərəsələri- X47 və X39r. Ondan miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi (0,02 ha) və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, köməkçi sahəsi 76,6 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evindən Fərzəliyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızı, İddiaçı, X52, X26, X57, X27 və X40 qanun üzrə vərəsəlik zamanı hər birinə 1/16 hissədə (məcburi pay), X47 və X36 vəsiyyət üzrə vərəsəlik zamanı hər birinə 9/32 hissədə pay düşmüşdür. Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-315 və xx.xx.2013-cü il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə X33 və X31 hər birinin mirasdan 9/32 hissədə yox, 2/6 hissədə pay almaq hüququ tanınmaqla səhvə (Fərzalıyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızının özünə qanun üzrə vərəsə kimi mirasdan pay verilməmişdir) yol verilsə də, nisbətlər arasındakı cüzi fərq Fərzalıyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızının payı hesabına yarandığından və bölgü zamanı yerində olmayan digər vərəsələrin paylarına toxunulmadığından İddiaçı (o cümlədən digər qanun üzrə vərəsələrin) mirasdan 1/16 (2/32) hissədə pay almaq hüququ məhdudlaşmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir; Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X17 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi (0,02 ha) və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, köməkçi sahəsi 76,6 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin 7/16 hissəsi, o cümlədən JN 486 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən plana 486 və 486 C saylı planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən cəmi 2,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/64 hissəsinin digər qanun üzrə vərəsələr arasında paylarına uyğun qaydada bölüşdürülərək hər birinə düşən payın ayrılmasına heç bir maneçilik olmadığından İddiaçı Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-315 və xx.xx.2013-cü il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilib həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində edilən qeydlərin ləğv edilməsini tələb etmək hüququ yoxdur. İddiaçı iddia tələbi X17 qalmış mirasın kütləsini və mirasdan ona düşən payın həcmini müəyyən edə bilməməsi ilə əlaqədardır və əsaslı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-45/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-45/2025
13.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver