Məhkəmə qərarları › İş №e-2(025)-46/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-46/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-46/2025 14.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq 5000,00 manat sığorta ödənişi məbləği və 70,00 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixində, saat 12-00 radələrində idarə etdiyi “Vaz 21061” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu ərazisində hətəkətdə olarkən idarə etməni itirdiyi üçün “Chevrolet Captiva” markalı, **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Chevrolet Captiva” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə “Renault Megane” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəydiyi üçün maddi zərərə səbəb olmuşdur. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə o, baş verən yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətinə cəlb edilmiş, “Renault Megane” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Captiva” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə dəymiş maddi zərər "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Maddi imkanı olmadığına və ağır həyat şəraitidə yaşadığına görə zərərin ödənilməsində iştirak etməmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 30 mart 2023-ci il tarixli 3(037)-151/2023 saylı qərarının surətinə əsasən Cavabdeh Musavər oğlu «Vaz 21061» markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə edərək xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Muğanlı İsmayıllı rayonun 27-ci km-də hərəkətdə olarkən idarə etməni itirdiyi üçün «Vaz 21061» markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Captiva” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Chevrolet Captiva” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə “Renault Megane” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində X4 və X3 maddi zərər çəkmişdir. Cavabdeh Musavər oğlu baş verən yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətinə cəlb edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 29 mart 2023-cü il tarixl 2094 nömrəli Qiymətləndirmə aktı barədə Hesabatın surətinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Captiva” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərər cəmi 8190,00 manat məbləğində müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 29 mart 2023-cü il tarixli 2098 nömrəli Qiymətləndirmə aktı barədə Hesabatın surətinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində “Renault Megane” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərər cəmi 3610,00 manat məbləğində müəyyən edilmişdir. İşdə olan PXA134906 nömrəli Sığorta Aktının surətinə əsasən PXA********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2022-xx.xx.2023 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış «Vaz 21061» markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolunun 27-ci km-də baş vermiş sığorta hadisəsində “Renault Megane” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar dəymiş zərər 3610,00 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 1529,66 manat təşkil etmişdir. İşdə olan PXA1349905 nömrəli Sığorta Aktının surətinə əsasən PXA********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2022-xx.xx.2023 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış «Vaz 21061» markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolunun 27-ci km-də baş vermiş sığorta hadisəsində “Chevrolet Captiva” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar dəymiş zərər 8190,00 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 3470,34 manat təşkil etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhviltəslim aktının surətinə əsasən PXA124906 saylı Sığorta Aktına əsasən X2 dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 539893******2802 nömrəli kart hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-təslim aktının surətinə əsasən ASC PXA124905 saylı Sığorta Aktına əsasən X1 dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 539893******2216 nömrəli kart hesabına köçürülmüşdür. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qnunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 5,000 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 70,00 manat alınıb iddiaçı "xxxx" ASC-ə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 5,000 (beş min) manat sığorta ödənişi və 70,00 (yetmiş) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar