Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-462/2024 01.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-059H, kod 40602026 və JN-059G, kod 40602026 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin ona dair hissədə ona, yəni X5 və mərhum şəxslər X28 və X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 11 saylı qərarları ilə ona X5, X21, X22, X13, X14, X28 və X9 Qəbələ rayonu, Kiçik Pirəli kəndi ərazisindən 0.43 ha və 0.21 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinə görə mənə və digər ailə üzvlərinə JN059H, kod 40602026 və JN-059G, kod 40602026 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilmişdir. X28 xx.xx.2011-ci il tarixində və X23 xx.xx.2011-ci il tarixində ürək çatmamazlığından vəfat etmişlər. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə sonradan onlara məlum olmuşdur ki, adı “Mahirə” əvəzinə “Miharə”, ata adı “Tapdıq” əvəzinə “Qandi” kimi, mərhum X1 “Yusifov” əvəzinə “Yusibov” ata adı “Nəsib” əvəzinə “Nəsir”, X6 adı “Gilşan” əvəzinə “Gilşən” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum, nikah və ölüm haqqında şəhadətnamələrdə və digər sənədlərdə X16, X28 və X2 qeyd edilmişdir. Hazırda ona və digər ailə üzvlərinə məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrindən Çıxarış almaq istəyirlər. Lakin Şəhadətnamələrdə soyad, adlar və ata adları düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələri verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamələrdəki yanlışlıqları aradan qaldıra bilmirlər. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq 08 noyabr 2023-cü il tarixli 3-21-3- 42/2-Y-00xx-xx/2023 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçi X16 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 059H nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X29, X24, X30, X31, X25, X27 və X10 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Kiçik Pirəli kəndində 0,43 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 059G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X29, X24, X30, X31, X25, X27 və X10 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Kiçik Pirəli kəndində 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 08 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, JN – 059H nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan 11 yanvar 2017-ci il tarixli, AZ-İ seriyalı 847278 saylı “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X28 xx.xx.2011-ci il tarixdə ürək çatışmazlığı səbəbindən vəfat etmişidir. İşdə olan 01 aprel 2013-cü il tarixli, AZ-İ seriyalı 465200 saylı “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X23 xx.xx.2011-ci il tarixdə ürək çatışmazlığı səbəbindən vəfat etmişidir. İş materiallarında olan Qəbələ rayon İHB-nın Kiçik Pirəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 5-59-4-46/2-152 nömrəli arayışda göstərilmişdir ki, mərhum vətəndaş X15 adına verilmiş JN-059G və JN-059H (kod********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə X40 adı X43 kimi, Gülşan adı Gülşən kimi və X32 adı səhvən X3 qeyd olunmuşdur. Düzgün yazılış X28, X16 və X11r. İşdə olan AZE0******* saylı xx.xx.2011-ci il tarixdə Qəbələ RPŞ tərəfindən verilmiş Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şəxsin adı, soyadı və ata adı “X16”-dır. İş materiallarında olan “Doğum haqqında Şəhadətnamə”-nin surətindən görünür ki, X17 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan “Nikah haqqında Şəhadətnamə”-nin surətindən görünür ki, X30 və X17 16 oktyabr 1992-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Nikahdan sonra ərə Yusibov, arvada Yusibova soyadı verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5- ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir,yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X29, X24, X30, X31, X25, X27 və X10 adına verilmiş JN – 059H nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə, eyni zamanda Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X29, X24, X30, X31, X25, X27 və X10 adına verilmiş JN – 059G nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə sonradan onlara məlum olmuşdur ki, adı “Mahirə” əvəzinə “Miharə”, ata adı “Tapdıq” əvəzinə “Qandi” kimi yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 adı, soyadı və ata adı JN- 059H, kod 40602026 və JN-059G, kod 40602026 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən “X26” kimi qeyd edilmişdir. Bu səbəbdən JN-059H, kod 40602026 və JN-059G, kod 40602026 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Lakin, iddiaçı mərhum şəxlər X28 və X7 JN-059H, kod 40602026 və JN-059G, kod 40602026 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhədətnamələrdə həmin şəxslərin adlarının yanlış olaraq:- X1 “Yusifov” əvəzinə “Yusibov” ata adı “Nəsib” əvəzinə “Nəsir”, X6 adı “Gilşan” əvəzinə “Gilşən” kimi yazıldığını iddia etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamələr üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni qismən əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarlarına əsasən X18, X7, X19, X20, X8, X12 və X10 adına verilmiş JN – 059H nömrəli və JN – 059G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-462/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-462/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver