Məhkəmə qərarları › İş №e-2(025)-472/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-472/2024

29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-472/2024 29.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və X14 iştirakı ilə, Ərizəçi hüqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X15, X30, X16 və X23 adına verilmiş JN – 398B nömrəli (kod:********) və JN – 398F nömrəli (kod:********) nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin aid edilən hissədə Ərizəçi, və X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X15, X30, X16 və X25 Qəbələ rayonu, Vəndam qəsəbəsində JN – 398B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X15, X30, X16 və X25 Qəbələ rayonu. Vəndam qəsəbəsində JN – 398F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,02 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə onun soyadı, adı və ata adı səhvən “X16” kimi yazılmışdır. Həmçinin mərhum qaynanası X8 adı səhvən “Pepo”, at adı səhvən “Nurməmməd” kimi yazılmışdır. Lakin ona məxsus şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə və nikah haqqında şəhadətnamədə ad, soyad və ata adım Ərizəçi kimi göstərilmişdir. Mərhum qaynanasına məxsus “ölüm haqqında şəhadətnamə”də və digər sənədlərdə isə onun ad, soyad və ata adı X5 yazılmışdır. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsini vərəsəlik qaydasında adıma keçirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyir. Şəhadətnamədə səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki və dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası DövlətTorpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılması xahiş edilmiş, müvafiq məktub ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Yol verilmiş yalnışlığı başqa cür aradan qaldırmaq iqtidarında deyil, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə olan JN-398B saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamənin surətinə əsasən, Qəbələ rayon AİK-nin 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə Qəbələ rayonunun Vəndam kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.14 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi X6, X21, X7 və X23 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan JN-398F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamənin surətinə əsasən, Qəbələ rayon AİK-nin 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə Qəbələ rayonunun Vəndam kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.02 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi X6, X21, X7 və X23 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 539948 nömrəli ölüm haqqında şəhadatnamənin sürətinə əsasən X19 24 iyun 2012-ci ildə ölmüşdür. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1968-ci ildə anadan olmuşdur. İşdə olan ИЕ 682192 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 15 oktyabr 1935-ci ildə Qutqaşen rayonunda anadan olmuşdur. X3, atası X1r. İşdə olan АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X18 xx xxxxxx 1968-ci ildə Qutqaşen rayonu, Vəndam kəndində anadan olmuşdur. X2 , atası X20r. İşdə olan Qəbələ rayon İHB-nin Vəndam qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-59-15/2-2024/2024 saylı arayışın suretinə əsasən JN-398B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadatnamədə qeyd olunmuş X15 – X5, X16 isə Ərizəçi kimi oxunmalıdır. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli 3-16-5/7-T-1xx-xx/2023 nömrəli arayışaəsasən, X31 və X4 nikahı haqqında 16 avqust 1952-ci il tarixdə 402 №-li akt qeydi tərtib olunmuşdur. Nikah Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Teyubov arvada Teyubova soyadı verilmişdir. İşdə olan Qəbələ rayonu Vəndam kənd İƏN-yi tərəfindən verilmiş 08 iyul 1993-cü il tarixli Vİ- ЖГ № 374531 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X30 3 iyun 1993-cü ildə X18 ilə nikah bağlamışdır, nikah bağlandıqdan sonra ərə Teyyubov, arvada Teyyubova soyadı verilmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, JN-398B nömrəli (kod:********) və JN-398F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamədə mülkiyyətçi kimi göstərilmiş X16 adının Ərizəçi və X6 adının X12 aid edilməsi faktının müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-398B nömrəli (kod:********) və JN-398F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamədə mülkiyyətçi kimi göstərilmiş X16 adının Ərizəçi və X6 adının X12 aid edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin Hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar